Yuxarı

Bakıda yağış fəsadlar törətdi: BŞİH hərəkətə keçdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda yağış fəsadlar törətdi: BŞİH hərəkətə keçdi - Foto

Aprelin 4-dən başlayaraq ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir.

Bakı Şəhər İcra Hakimiyyətindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 5-6-da düşən yağıntının miqdarı 90 mm qeydə alınıb ki, bu da aylıq normanın 390%-ni təşkil edir. Yağan yağışlar bir sıra fəsadlar törədib.

Qeyd edilib ki, bu günlərdə Bakı Şəhər İcra Hakimiyyəti və onun tabeliyində olan strukturlar, rayon icra hakimiyyəti başçıları və onların aparatları gücləndirilmiş iş rejimində işləyirlər.

Bakıətrafı qəsəbələrin kanalizasiya sistemi mövcud olmayan ərazilərində də subasma halları müşahidə edilir. Həmin yerlərdə də şəhərin kommunal xidmət əməkdaşları xüsusi vasitələrdən istifadə etməklə yağış sularını çəkir həmçinin zəruri hallarda insanları təxliyə edirlər. Ərazilərə su nasosları, xüsusi texniki qurğular və ehtiyac olan yerlərə ağır texnikalar cəlb olunub.

Yağan yağış ətraf mühitə də ziyan verib. Belə ki, aprelin 5-də axşamdan aprelin 6-sı səhərə kimi intensiv yağışla müşayiət olunan külək nəticəsində ağacaşma halları da müşahidə edilib. Bununla bağlı ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin operativ qrupları fasiləsiz xidmət göstərir. Birliyin əməkdaşları çağırış olan ərazilərə gələrək aşan ağacların götürülməsini təmin edib, lazımi tədbirlər görüblər.

Yaranmış vəziyyətlə bağlı yerlərdə BŞİH-nin monitorinq qrupu çalışır. Onlar su yığılan əraziləri, problemli ünvanları müəyyənləşdirir, aidiyyəti qurumlara məlumat verirlər.

Qeyd edilib ki, intensiv yağan yağışın törətdiyi fəsadları aradan qaldırmaq üçün Baki şəhərinin bütün məsul qurumları koordinasiyalı şəkildə işləyirlər.

Tarix
2026.04.06 / 11:26
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla