Yuxarı

Bu şəxslərin maaşları arta bilər - Deputatdan müjdə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəxslərin maaşları arta bilər - Deputatdan müjdə

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında Əmək Məcəlləsinə dəyişikliklər müzakirə olunaraq, plenar iclasa tövsiyyə edildi. Yeni dəyişikliklərə əsasən, işəgötürənin vəzifələrini nəzərdə tutan maddə təkmilləşdirilir və cinsindən asılı olmayaraq, eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əmək haqqının verilməsini təmin etmək öhdəlik olaraq müəyyən edilir.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.

"Eyni zamanda, Məcəllənin 154-cü maddəsinə yeni hissə əlavə edilməklə bərabər dəyərli işin obyektiv qiymətləndirilməsinin əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürənlər tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.

Yeni dəyişiklik qadınlarla kişilərin maaş fərqlərinin minimumlaşdırılması məqsədi daşıyır. Hazırda ölkə üzrə qadınların orta maaşı kişilərin əmək haqlarının təxminən 70 faizinə bərabərdir. Beynəlxalq praktikada 80 və daha yüksək faiz məqbul hesab olunur. Doğrudur, Azərbaycanda gender maaş fərqinə bir sıra sektorlarda, xüsusən mədənçıxarma sənayesində daha çox kişilərin işə cəlb edilməsi təsir göstərir.

Bununla belə, qanunvericiliyə təklif edilən yeni dəyişikliklərdən sonra bir sıra sektorlarda qadınların maaşlarında artımlar müşahidə oluna bilər. Belə ki, bu sahədə tələblər və işəgötürənlər üçün vəziflələr daha da dəqiqləşir. Bu isə qadınlarla kişilərin orta əmək haqları arasındakı fərqin daha da azalmasına gətirib çıxaracaq", - o bildirib.

Tarix
2026.04.06 / 12:46
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla