Yuxarı

Kollektorların üzərində 1600 ev tikilib: hamısı sökülür?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kollektorların üzərində 1600 ev tikilib: hamısı sökülür?

11:23

Son günlər paytaxt ərazisində kollektor xətlərinin üzərində inşa edilmiş fərdi yaşayış evləri ilə bağlı ciddi problemlər üzə çıxıb. Xüsusilə Xətai rayonunda kollektorun çökməsi nəticəsində evlərdən birinin sökülməsi bu məsələni gündəmə gətirib.

Bəs görəsən, kollektorların üzərində tikilmiş fərdi yaşayış evlərinin aqibəti necə olacaq?

Axar.az xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.az-a Bakı Sukanal İdarəsinin balansında və istismarında olan kanalizasiya və yağış kollektorlarının mühafizə zolağı və üzərində 1 600-ə yaxın tikilinin mövcud olduğu bildirilib.

Açıqlamada qeyd olunub ki, kollektorların üzərində və ya mühafizə zonalarında yeni tikililərin qarşısını almaq üçün hər hansı tikinti aşkarlandıqda aidiyyəti qurumlara müraciət edilir və hüquqi tədbirlərin görülməsi üçün addımlar atılır:

"Mövcud vəziyyətin təhlükəsi kollektorlar üzərində ev inşa edilmiş bütün yaşayış obyektlərinə aiddir. Belə ki, su və ya kanalizasiya kollektorlarının üzərində yerləşən tikililər daimi risk altındadır. Məhz bu səbəbdən su və tullantı su kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, eləcə də onların mühafizə zolaqlarında hər hansı tikinti və ya qazıntı işlərinin aparılması qanunaziddir".

Qeyd olunub ki, hazırkı halda kollektorun üzərində tikilən evlərin sahiblərinə bir neçə il ərzində dəfələrlə xəbərdarlıq məktubları göndərilib, şifahi və yazılı formada məlumatlar verilib, bildirişlər təqdim olunub:

"Vətəndaşların diqqətinə çatdırılıb ki, bu ərazidə hər an hadisə baş verə bilər və belə bir hal səbəbindən kollektorun istismarını, təmir və bərpasını icra etmək mümkünsüzləşir. Bu xəbərdarlıqlardan sonra məsələ, həmçinin hüquqi müstəviyə də daşınıb.

Qanunvericiliyin tələblərinə əsasən, su və kanalizasiya kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, həmçinin mühafizə zolaqlarında hər hansı tikinti və ya qazıntı işlərinin aparılması qadağandır. Bununla bağlı mütəmadi olaraq müxtəlif vasitələrlə vətəndaşlara məlumatlar verilir, xəbərdarlıq olunur".

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğumuza cavab olaraq qeyd olunub ki, kollektor xətlərinin üzərində tikilmiş fərdi yaşayış evlərinin aqibəti, onların mərhələli şəkildə sökülüb-sökülməyəcəyi, eləcə də söküntü nəzərdə tutulduğu halda sakinlərə kompensasiya verilməsi və ya alternativ yaşayış yeri ilə təmin olunması məsələləri qurumun səlahiyyətlərinə aid deyil.

Tarix
2026.04.07 / 14:59
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Andrea Corao Faria ilə görüşdü - Foto

Prezidentin Türkiyə səfəri ilə bağlı yeni paylaşım - Video

Bayramov Antalyada portuqaliyalı həmkarı ilə görüşdü - Foto

XİN-dən AB-Azərbaycan görüşü barədə açıqlama

İran “geri çəkilmədi”, amma tələbi yerinə yetirdi

İlham Əliyev və Ərdoğan görüşdü

Sülh sazişinin ratifikasiyası üzərində işləyirik - Kostanyan

Yeni regional təhlükəsizlik arxitekturası qurulur - Hacıyev

Türkiyə bizə bu formata qoşulmağı təklif etdi - Simonyan

Azərbaycanla yeni müharibə xəbərdarlığı edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla