Yuxarı

Türkiyə İrana 48 ton humanitar yardım göndərdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə İrana 48 ton humanitar yardım göndərdi

Türkiyə İrana 48 ton humanitar yardım yüklənmiş dörd yük avtomobili göndərib.

Axar.az xəbər verir ki, yüklərin yola salınması mərasimi Türkiyə Qızıl Aypara Cəmiyyətinin rəhbəri Fatma Meriç Yılmazın iştirakı ilə “Ankara Kızılay” logistika mərkəzində keçirilib.

Onun sözlərinə görə, yük İran tərəfinin müraciəti əsasında qısa müddətdə formalaşdırılıb.

“Eskalasiyanın ilk günündən etibarən regionun mülki əhalisinə yardım göstərmək, humanitar yardıma olan tələbatı qarşılamaq məqsədilə İran və Livanın Qızıl Aypara cəmiyyətləri ilə əlaqə saxlayırıq”, – deyə o bildirib.

Türkiyə Qızıl Aypara Cəmiyyətinin rəhbəri qeyd edib ki, martın əvvəlindən etibarən İranın 90 milyonluq əhalisinin 3,6 faizi evlərini tərk etmək məcburiyyətində qalıb:

“62 min ev və 20 mindən çox kommersiya obyekti dağılıb. Mülki əhali arasında ölənlər və yaralananlar var. İrana göndərilən 48 tonluq humanitar yardım yükü yalnız başlanğıcdır”.

Tarix
2026.04.10 / 18:54
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin sosial media hesablarında AQEM-lə bağlı paylaşım - Video

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla