Yuxarı

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır?  - Video

Sosial şəbəkələrdə çiyələyə təhlükəli kimyəvi maddələrin vurulmasını əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub.

Axar.az ATV-yə istinadən xəbər verir ki, kadrlarda danışan şəxsin məhsulu "zəhər" adlandırması və zarafatla "çiyələyin ürəyi tutub" deməsi istehlakçılar arasında ciddi narahatlıq yaradıb.

Cəlilabad rayonunun Privolnoye kəndində çəkilən görüntülərlə bağlı fermer Natiq Bədirov danışıb. O, videonun sadəcə dost-tanış arasında zarafat məqsədilə çəkildiyini iddia edib:

"Məqsədim sırf gülmək olub. Orada istifadə olunan dərmanlar gəmiricilərə və həşəratlara qarşıdır, insana heç bir ziyanı qoxdur".

Digər təsərrüfat sahibləri də istifadə olunan maddələrin bioloji preparatlar olduğunu və insan orqanizmi üçün təhlükə yaratmadığını bildiriblər.

Qida təhlükəsizliyi üzrə ekspert Seymur Qafarov bildirib ki, çiyələyin mövsümdən əvvəl yetişdirilməsi müəyyən risklər daşıyır. Onun sözlərinə görə, həddindən artıq gübrə istifadəsi və ya dozanın düzgün tənzimlənməməsi məhsulda hormonal təsirlər yarada bilər. Ekspert xüsusilə uşaqların və hamilə qadınların mövsümdənkənar çiyələyi normadan artıq istehlak etməməsini tövsiyə edib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, sözügedən görüntülər dərhal nəzarətə götürülüb. Agentliyin əməkdaşları Natiq Bədirova məxsus təsərrüfatda monitorinq keçiriblər:

"Təsərrüfatda istifadə olunan preparatlardan və yetişdirilən çiyələkdən nümunələr götürülərək laboratoriya sınaqlarına cəlb olunub. Həmçinin təsərrüfat sahibi ilə maarifləndirici söhbətlər aparılıb".

Laborator analizlərin nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Hazırda bazarlarda çiyələyin kiloqramı 4-8 manat arasında dəyişir və satışda olan məhsullar əsasən Şəmkir, Cəlilabad və Lənkərandakı istixanalardan gətirilir.

Tarix
2026.04.11 / 00:08
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin sosial media hesablarında AQEM-lə bağlı paylaşım - Video

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla