Yuxarı

Bakıdakı pandusların bir hissəsi standartlara uyğun deyil

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdakı pandusların bir hissəsi standartlara uyğun deyil

Ombudsmanın BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi mandatı çərçivəsində Bakı şəhərinin mərkəzində əlilliyi olan şəxslər üçün infrastrukturun müyəssərliyi ilə bağlı monitorinq aparılıb və əldə olunan nəticələrə dair hesabat hazırlanıb.

Axar.az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Monitorinq zamanı Dənizkənarı Milli Park və orada yerləşən iki iri ticarət obyekti, habelə Qız qalasının ətrafı, Fəvvarələr meydanı, Xaqani bağı, Azneft meydanının ətraf ərazilərinə baxış keçirilərək mövcud infrastrukturun müyəssərliyi qiymətləndirilib.

Bu məqsədlə həmin ərazi üzrə ictimai nəqliyyat, turizm, rekreasiya, istirahət və əyləncə infrastrukturu, yeraltı və yerüstü keçidlər, ictimai sanitar qovşaqlar, avtobus dayanacaqları, liftlər, işıqforlar, habelə informasiya təminatı üçün quraşdırılan lövhələr və mövcud saytlara baxış keçirilib. Eyni zamanda, hərəkət məhdudiyyətli şəxslərlə yanaşı, görmə və eşitmə qabiliyyəti məhdud olan şəxslərin ehtiyaclarının nəzərə alınıb-alınmaması kimi məsələlər diqqətdə saxlanılıb.

Ombudsmanın müstəqil monitorinq qrupunun üzvləri tərəfindən həyata keçirilmiş monitorinqə əlilliyi olan şəxsləri təmsil edən qeyri-hökumət təşkilatının nümayəndəsi də cəlb olunub.

Aparılmış monitorinqlər zamanı bir çox obyektlərdə pandusların mövcud olduğu, lakin quraşdırılmış bəzi pandus və rampaların standartlara uyğun olmaması səbəbindən əlilliyi olan şəxslərin infrastrukturdan müstəqil istifadəsi üçün müəyyən çətinliklərin yarandığı müşahidə edilib.

Hazırlanmış hesabatda monitorinq nəticəsində əldə edilmiş faktlar, fotolar, bu sahədə mövcud hüquqi öhdəliklərin təhlili və bir sıra təkliflər öz əksini tapıb.

Monitorinqin nəticələri ilə əlaqədar Ombudsman tərəfindən aidiyyəti qurumlara məktublar ünvanlanıb.

Qeyd edək ki, Ombudsman tərəfindən mütəmadi olaraq infrastruktur obyektlərinin əlilliyi olan şəxslərə münasibətdə müyəssərliyinin təmin olunması ilə bağlı tövsiyələr irəli sürülür və bu cür monitorinqlər davamlı xarakter daşıyır.

Hesabatın tam mətni ilə buradan tanış ola bilərsiniz.

Tarix
2026.04.14 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda qadınlarla bağlı mühüm konfrans keçirildi

Simonyan Qafarova ilə İstanbulda görüşəcək

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

Prezident üç səfiri qəbul etdi - Foto

Zərifə xanım haqlı olaraq hesab edirdi ki... - Deputat

Mübariz İbrahimovun bu görüntüləri trend oldu - Video

AB-də maneə qalxdı: daha çox pul, daha çox silah verəcək!

Türkiyənin milli müdafiə naziri Qətərə getdi

Prezidentin köməkçisi Sarıbayla görüşdü

ABŞ da, Rusiya da bu ölkədə uduzdu: udan kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla