Yuxarı

Bulud dağıdan toplardan niyə istifadə etmirik?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bulud dağıdan toplardan niyə istifadə etmirik?

Son günlərdə ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə edilir. İntensiv yağışlar, dolu kimi təbiət hadisələri həm kənd təsərrüfatı, həm də şəhər infrastrukturu üçün ciddi risklər yaradır. Xüsusilə, ötən gün Bakıda və bəzi bölgələrdə yağan dolu məsələni daha da aktual etdi. Bu cür hadisələr təkcə kəndlərə, məhsuldarlığa deyil, eyni zamanda müasir şəhərlərə də ziyan vurur. Uzun illər belə halların qarşısını almaq üçün bulud dağıdan toplardan istifadə edilib. Bəs görəsən, bir vaxtlar geniş tətbiq olunan bulud dağıdan toplar bu gün də istifadə edilir? Belə hallarda nə edilə bilər?

Axar.az xəbər verir ki, mövzu ilə bağlı Teleqraf-a danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, Azərbaycanda bulud dağıdan toplardan Sovet hökuməti dövründə istifadə edilirdi.

Onun sözlərinə görə, Sovet dövründə hansı ölkələrdə daha çox dolu düşürdüsə və intensiv yağışlar yağırdısa, orada bulud dağıdan toplardan istifadə edilirdi:

“Rusiyada da istifadə edilirdi. Məsələn, Kremlin qarşısında tədbirlər keçiriləndə buludları dağıtmaq üçün həmin toplardan istifadə edilirdi. Mən Moskvada təhsil aldığım və işlədiyim dövrdə tədbirlərə gedirdik. Tədbirlərə gedəndə yağış yağacağı ehtimalı ilə hazırlıqlı gedirdik. Onda bulud dağıdan topların səsini eşidirdik, gözümüzün önündə baş verirdi. Beləliklə, yağış yağmırdı və tədbirlər yaxşı keçirdi. İndi də Moskvada tez-tez yağışlar yağır. Xüsusilə, may ayında olur. Tədbirlər zamanı yağışın qarşısını almaq üçün yenə də bu üsuldan istifadə edirlər.

Birinci Qarabağ müharibəsi başlayanda Azərbaycan həmin toplardan istifadəni dayandırdı. Ondan sonra da istifadə olunmadı”.

V.Məhərrəmov bununla bağlı dəfələrlə təkliflər irəli sürüldüyünü deyib:

“Qonşu Gürcüstan da bundan istifadə edir. 100% qarşısını almasa da, müəyyən qədər kömək edir. Amma təəssüf ki, bunu başa düşən yoxdur. Şəhər infrastrukturunu qorumaq üçün iri şəhərlərdə də bu üsul tətbiq edilə bilər. Bu, əksər ölkələrdə, məsələn, Argentinada istifadə olunur”.

V.Məhərrəmov qeyd edib ki, böyük şəhərlərdə, xüsusilə, dağ və dağətəyi rayonlarda dolu düşməsi son 10 ildə 10 dəfə artıb.

“Son zamanlar vaxtında proqnoz verməkdə də problem var. Qlobal istiləşmə ciddi problemlər yaradır. Müəyyən çətinliklər var. Dünənki dolunun yağması, intensiv yağışlar hələ heç nədir. Getdikcə vəziyyət pisləşir. Daha da güclü, intensiv yağışlar yağa bilər, daha çox dolu düşə bilər. Getdikcə artır və daha tez-tez baş verir”, - ekspert vurğulayıb.

Onun sözlərinə görə, müasir texnologiya avadanlıqları dərhal müəyyən etməyə imkan verir:

“İndiki dövrdə bu çox vacibdir. Mütləq belə risklərin qarşısını almaq üçün həmin avadanlıqların quraşdırılmasını təşkil edə bilərik. Bulud dağıdan topların alınması o qədər də baha deyil. Bunu həyata keçirmək üçün qısa müddət kifayətdir”.

Tarix
2026.04.16 / 00:18
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla