Yuxarı

400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...

Xaricdə təhsil alan şəxslərin diplomlarını ölkəmizdə tanıdacağı, həmçinin ucuz mənzillər satacağı vədi ilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Təhsil Nazirliyinin sabiq eksperti Maqsud Nəsirovun məhkəməsi başlayıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən iclasda M.Nəsirov ifadə verib.

O deyib ki, 2017-2018-ci illərdə Təhsil Nazirliyində xarici diplomların tanınması ilə əlaqədar ekspert qismində, 2018-2024-cü illər ərzində isə Dövlət Vergi Xidmətində müxtəlif vəzifələrdə çalışıb:

"Təxminən 2023-cü ilin oktyabr ayında maklerlik fəaliyyəti ilə məşğul olan tanışım Tural Əhmədov mənə bildirdi ki, Ayna Sultanovanın heykəlinin arxasında, Səttar Bəhlulzadə küçəsində yerləşən "Mahal" MTK tərəfindən inşa edilmiş "Nar Residence" adlı binada ucuz mənzillər hazırda satışdadır. Guya həmin mənzillərin sahibləri hazırda vergi borcları olduğundan aşağı qiymətə satmaq məcburiyyətindədirlər. Mən də bu barədə Nicat Əhmədliyə dedim və o, mənə 110 min manat pul verdi. Ona dəymiş ziyanın müəyyən hissəsini - 60 minini hissə-hissə ödəmişəm”.

Zərərçəkmiş Nicat Əhmədli isə bildirib ki, təqsirləndirilən şəxslə ortaq dostların vasitəsilə tanış olublar:

"Maqsud mənə yaranmış vergi borclarına görə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müsadirə edilmiş evlərin hərrac yolu ilə satıldığını demişdi. Pulu alandan sonra ümumi vəziyyəti soruşanda mənə müxtəlif bəhanələr gətirdi. Ondan şikayət etdim və 52 min 500 manat geri qaytardı. Mənə dəymiş ziyanın tam ödənilməsini tələb edirəm".

Məhkəmənin növbəti iclası iyunun 4-nə təyin edilib.

Qeyd edək ki, Maqsud Nəsirova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

İş üzrə 6 zərərçəkmiş var, vurulan ziyan isə 400 min manatdan çoxdur.

Tarix
2026.04.30 / 17:22
Müəllif
Axar.az
Digər xəbərlər

Keçmiş məcburi köçkünlərlə bağlı dəyişiklik: nələr olacaq?

Bakılı qadın Rusiyada nazir postuna gətirildi

Azərbaycan “kənd mübadiləsinə” getməyəcək – Səbəb

Azərbaycan Rusiya və İranla buna dair razılıq əldə etdi

Gəncəvinin büstünün üstü bağlandı - Video

Azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır

Onlar bu gündən yeni hüquqi kimlik qazanırlar

Paşinyan Azərbaycanla bu kəndi dəyişmək istəyir

Rusiya təzyiqi artan vaxt Ərdoğanın Paşinyana zəngi...

Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla