Yuxarı

Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı

5 nəfər ailə üzvünü qətlə yetirən Əhməd Əhmədovla bağlı sosial şəbəkələrdə xoşagəlməz məlumatlar yayılıb. Belə ki, bir qadının səs yazısı paylaşılıb. Həmin şəxs iddia edir ki, guya Ə.Əhmədov saxlanıldığı tibb müəssisəsindən qaçaraq iki nəfəri bıçaqlayıb. Hətta həmin qadın ümumilikdə 10 nəfərin müəssisədən qaçdığını da bildirib. Bu səs yazısı ictimaiyyətdə narahatlıq yaradıb.

Bəs yalan məlumat yayanları hansı cəza gözləyir?

Axar.az xəbər verir ki, Globalinfo.az-a danışan vəkil Rəsul Cəfərov deyib ki, əgər yayılan məlumat həqiqətə uyğun deyilsə, insanlarda narahatlıq yaradırsa, ictimai asayişə və təhlükəsizliyə mənfi təsir göstərə bilirsə, bu halda həmin məlumat yayılması qadağan edilən informasiyalar sırasına aid edilir:

“Ümumiyyətlə, qanunvericilikdə nəzərdə tutulub ki, yalan olduğunu bildiyi halda məlumatı yaymaq məsuliyyət yaradır. Belə məlumatların internet informasiya ehtiyatlarında, sosial şəbəkələrdə, internet televiziya kanallarında və digər media resurslarında yayılmasına görə məsuliyyət nəzərdə tutulur.

Azərbaycan qanunvericiliyində bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 388.1 0.1-ci maddəsi tətbiq oluna bilər. Həmin maddəyə əsasən, internet telekommunikasiya şəbəkələrində yalan məlumatların yayılması, ictimai təşviş yaratması və ya cəmiyyətdə çaşqınlıq yaratması inzibati məsuliyyətə səbəb olur”.

Tarix
2026.05.02 / 18:39
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla