Yuxarı

FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən “Şəhərsalma fəaliyyətində tikinti, yanğın, texniki və radiasiya təhlükəsizliyinin təmin olunmasında dövlət nəzarəti” mövzusunda “dəyirmi masa” təşkil edilib.

Axar.az xəbər verir ki, tədbirdə Fövqəladə Hallar Nazirliyinin və müvafiq tabeli qurumlarının, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC, “Azəriqaz” İB, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və WUF13 Təşkilat Komitəsinin rəsmiləri iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd şəhərsalma fəaliyyəti zamanı vətəndaşların təhlükəsiziliyinin etibarlı şəkildə təmin edilməsinə dair müzakirələrin aparılması və bu istiqamətdə qarşıda duran vəzifələrin müəyyənləşdirilməsindən ibarət olub.

“Dəyirmi masa”da çıxış edənlər Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıqla əlaqədar aidiyyəti üzrə görülən işlər barədə ətraflı məlumat verib, şəhərsalma fəaliyyətində dövlət nəzarətinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb, sözügedən prosesin vətəndaşların təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasındakı rolundan bəhs ediblər. Natiqlər, həmçinin hazırlıq ərəfəsində maarifləndirmə xarakterli tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə FHN tərəfindən görülmüş işlərdən danışıblar.

Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırıllb.

Tarix
2026.05.14 / 18:38
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla