Yuxarı

Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…

Bu gün mənim üçün önəmli bir mərhələ başa çatdı. Speys TV-də keçən illər ərzində çox mürəkkəb, eyni zamanda dəyərli bir yol keçdik. Kanalın ən çətin dövrlərində belə komandamızla birlikdə efiri qorumağa, yeni layihələr qurmağa və tamaşaçı marağını yenidən artırmağa çalışdıq. Müəyyən dövrdə "Speys"in ölkənin ən çox izlənilən ikinci televiziya kanalına çevrilməsi də bu zəhmətin nəticəsi idi.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, bunu Speys TV-nin keçmiş baş direktoru Vado Korovinin kürəkəni, bir müddət kanal rəhbəri vəzifəsini icra etmiş N.Əbdüləliyev işdən çıxması ilə bağlı sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.

“Bu müddətdə qəbul olunan bir çox qərarın doğru və faydalı olduğuna inanıram. Ən əsası isə bütün çətinliklərə baxmayaraq, prosesləri dağıtmadan və sabitliyi qoruyaraq bu mərhələni tamamlaya bildik.

Mənim üçün ən dəyərli məsələlərdən biri də gənc kadrların təcrübəli televiziya işçiləri ilə birlikdə yetişməsi və bu sinerjinin kanala yeni nəfəs gətirməsi oldu. Son dövrlərdə kanalın stabilliyi, efirin davamlılığı və proseslərin idarə olunması üçün əlimdən gələnin maksimumunu etməyə çalışdım.

Bu gün göstərilən səmimiyyətə və münasibətə görə kollektivə ayrıca təşəkkür edirəm. Həyatda insanın necə qarşılanmasından çox, necə yola salınması yadda qalır.

Yeni rəhbərlə qısa müddətdə ünsiyyət zamanı onda peşəkar keyfiyyətləri gördüm. İnanıram ki, kollektivin dəstəyi ilə qarşıdakı dövrdə kanalın inkişafı üçün əlindən gələni edəcək. Birlikdə çalışdığım bütün insanlara təşəkkür edir, Speys TV kollektivinə və yeni rəhbərliyə uğurlar arzulayıram”, – o bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Ayaz Mustafayev “Speys” televiziyasının yeni baş direktoru təyin olunub. A.Mustafayev Vado Korovinin qızı, Nəriman Əbdüləliyevin həyat yoldaşı Zemfira Korovinanı işdən azad etmişdi.

İki gün öncə isə Nəriman Əbdüləliyevin də “Speys” televiziyasındakı vəzifəsindən ayrıldığı haqda məlumatlar yayılmışdı.

Tarix
2026.05.14 / 19:23
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla