Yuxarı

Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…

Azərbaycanda iyunun 16-dan etibarən icbari avtomobil sığortası ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Bu dəyişikliklər indiyədək mübahisə və narazılıq doğuran bir sıra məqamlara aydınlıq gətirəcək.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı İqtisadiyyat.az-a danışan sığorta eksperti Emil Ağabağırov bildirib ki, yeniliklərin əsas fərqi zərərlilik dərəcəsinin hesablanma mexanizmindədir.

Onun sözlərinə görə, əvvəlki qaydalara əsasən sığorta müqaviləsi avtomobilin sahibinin adına rəsmiləşdirilirdi:

"Nəqliyyat vasitəsini isə həm sahibi, həm də başqa bir şəxs idarə edə bilərdi. Əgər hadisə avtomobili idarə edən digər şəxs tərəfindən törədilsə də belə, müqavilə kimin adınadırsa, zərərlilik tarixçəsi də həmin şəxsin FİN kodu üzrə hesablanırdı. Bu isə bir çox hallarda problemlərə səbəb olurdu. Məsələn, vətəndaş avtomobili satır, lakin sığorta müqaviləsinə xitam vermirdi. Avtomobili alan şəxs qəza törətdikdə isə zərərlilik göstəricisi əvvəlki sahibin FİN koduna yazılırdı. Nəticədə avtomobili satmış şəxs haqlı olaraq narazılıq edirdi ki, hadisəni törətmədiyi halda sığorta haqqı niyə onun adına artırılıb".

Ekspert qeyd edib ki, belə halların qarşısını almaq üçün vətəndaşlar avtomobili satarkən sığorta müqaviləsinə vaxtında xitam verməli idilər:

"Yeni qaydalara əsasən isə zərərlilik dərəcəsi birbaşa hadisəni törədən şəxsin FİN kodu üzrə hesablanacaq. Məsələn, avtomobil bir şəxsin adına olsa da, qəzanı başqa biri törədərsə, artım hadisəni törədən sürücünün adına tətbiq ediləcək. Hər sığorta hadisəsinə görə sığorta haqqına 30 faiz əlavə olunacaq".

E.Ağabağırovun sözlərinə görə, digər dəyişiklik etibarnamə ilə bağlıdır:

"Əvvəllər avtomobilə iki nəfərin etibarnaməsi olduqda, sığorta daha çox endirimi olan şəxsin adına rəsmiləşdirilirdi ki, sığorta haqqı aşağı olsun. Yeni qaydalara görə isə bir nəqliyyat vasitəsi üzrə bir neçə etibarnamə mövcuddursa, sistem avtomatik olaraq ən yüksək risk göstəricisinə malik şəxsin əmsalını əsas götürəcək və sığorta haqqı həmin əmsal üzrə hesablanacaq".

Tarix
2026.05.14 / 22:33
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla