Yuxarı

Rayonlarda torpaq bahalaşır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rayonlarda torpaq bahalaşır - Video

Lənkəran şəhərində son iki il ərzində torpaq sahələrinin qiymətlərində artım müşahidə olunur. Bahalaşma əsasən torpaqların yerləşdiyi ərazilərə görə dəyişir.

Axar.az Xəzər TV-yə istinadla xəbər verir ki, torpaq alqı-satqısı ilə məşğul olan şəxslərin sözlərinə görə, rayonda satış üçün əlverişli torpaq sahələrinin sayı çox deyil.

Satışa çıxarılan torpaqların əksəriyyəti sakinlərin öz həyətyanı sahələrindən ayırdığı 2-3 sotluq ərazilərdir.

Bildirilib ki, Lənkəranda torpaq almaq istəyənlər əsasən şəhərətrafı ərazilərə və rayona yaxın kəndlərə üstünlük verirlər. Ən yüksək qiymətə təklif olunan torpaq sahələri isə dənizə yaxın ərazilərdə yerləşir.

Şəkidə də son illər torpaq sahələrinin qiymətlərində artım qeydə alınıb. Ekspertlər bunu infrastrukturun yaxşılaşdırılması, Bakı istiqamətində yolların təmiri və bölgəyə gələn turist sayının artması ilə əlaqələndirirlər.

Qeyd olunub ki, Şəkidə ən aşağı qiymətlər şəhərin yeni salınan məhəllələrində müşahidə edilir. Həmin ərazilərdə hələ də qaz xətti mövcud deyil. Ən yüksək qiymətlər isə Dodu və Soyuq Bulaq məhəllələrində qeydə alınır. Turizm obyektlərinin çoxluğu bu ərazilərdə qiymətlərə birbaşa təsir göstərir.

Tarix
2026.05.16 / 09:37
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla