Yuxarı

İllər sonra Xocalıya 10 övladı ilə birlikdə qayıtdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İllər sonra Xocalıya 10 övladı ilə birlikdə qayıtdı - Foto

Mayın 16-da Xocalıya qayıdan ailələr arasında 10 övladlı gənc ailənin köçü xüsusi diqqət çəkib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, Xocalı sakini, keçmiş məcburi köçkün, 1981-ci il təvəllüdlü Anar Zakir oğlu Buludxanov 12 nəfərdən ibarət ailəsi ilə birlikdə rayonun Təzəbinə kəndində yeni bərpa olunmuş evinə köçüb.

Uzun illər doğma torpaqlarından ayrı düşən Buludxanovlar ailəsi bu gününün sevincini paylaşır. İllərlə həsrətində olduqları ata-baba yurduna qovuşan ailə artıq yeni həyatına öz doğma ocağında başlayır. Xüsusilə ailənin 10 övladının doğma Xocalı torpağında böyüyəcək olması hər kəsdə xoş duyğular yaradıb.Anar Budaqov bildirib ki, illərlə bu günü arzulayıblar və bu gün arzuları gerçəyə çevrilib.

O, övladlarının doğma torpaqda təhlükəsiz, firavan və xoşbəxt həyat yaşamasının ən böyük sevinc, qürur olduğunu deyib. Bu gün Xocalıda yaşanan bu mənzərə təkcə bir ailənin sevinc hekayəsi deyil, həm də Azərbaycanın zəfərinin, dövlətin gücünün və "Böyük Qayıdış" proqramının uğurlu nəticəsinin parlaq nümunəsidir.

Xocalının Təzəbinə kəndində məskunlaşan Buludxanovlar ailəsi artıq doğma torpaqda yeni və xoşbəxt həyata qədəm qoyur. Bu qayıdış, həm illərin həsrətinə son qoyur, həm də gələcək nəsillər üçün doğma yurda bağlılığın və vətən sevgisinin ən gözəl nümunəsinə çevrilir.İşğaldan azad olunan torpaqlarda bu gün həyat yenidən canlanır, kəndlərə yeni nəfəs gəlir, uşaqların səsi doğma yurdlarda yenidən eşidilir.

Tarix
2026.05.16 / 14:52
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla