Yuxarı

“Kontakt” “Baku Flames”də qalib oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kontakt” “Baku Flames”də qalib oldu

Sosial məsuliyyət layihələri ilə hər zaman seçilən “Kontakt” bu dəfə “Baku Flames” yaradıcılıq festivalında qalib olub. Şəbəkənin region məktəblilərinə “Təhsil üçün yanındayıq, #yaxındayıq” çağırışlı layihəsi beynəlxalq münsiflər tərəfindən ən yüksək - “Qızıl Alov” mükafatına layiq görülüb.

Yaradıcılıq sahəsində ən diqqətçəkən işləri bir araya gətirən “Baku Flames” festivalı bu il də yerli və beynəlxalq nümayəndələri bir araya gətirib. Festival çərçivəsində “Kontakt”ın layihəsi həm ideyası, həm də real hekayələndirməsi ilə seçilərək festivalın ən yüksək - “Qızıl Alov” mükafatına layiq görülüb. Ekran işi müsabiqənin “Film” kateqoriyasının “Korporativ Sosial Məsuliyyət” nominasiyasında əsas mükafata sahib olub.

Xatırladaq ki, “Təhsil üçün yanındayıq, #yaxındayıq” layihəsi ilə “Kontakt” 5 region mağazasında xüsusi dərs otaqları yaradıb. Texnologiyaya çıxışı məhdud olan məktəblilərə bərabər imkanlar vermək üçün bu otaqlar notbuk, printer, masa-stul dəsti və digər lazımi bütün avadanlıqlarla tam təmin olunub.

Layihənin uğuru və gələcək hədəfləri barədə şəbəkənin Müştəri əlaqələri və marketinq departamentinin direktoru Nərminə İsmayılova fikir bildirib:

“Bu layihəyə başlayanda əsas məqsədimiz regionlarda yaşayan məktəblilər üçün daha əlçatan və rahat öyrənmə mühiti yaratmaq idi. Bu gün həmin ideyanın belə dəyər görməsi bizim üçün çox sevindiricidir və düşünürəm ki, bu istiqamətdə hələ görəcəyimiz çox işlər var”

Qeyd edək ki, “Kontakt” mağazalar şəbəkəsi illərdir “Təhsil Proqramı” çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində davamlı layihələr həyata keçirir.

Festivalda ən yüksək mükafata layiq görülən videoçarxı isə aşağıda izləyə bilərsiniz:

Tarix
2026.05.21 / 11:08
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla