Yuxarı

“Azərişıq” nümayəndələri Naxçıvanda sahibkarlarla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərişıq” nümayəndələri Naxçıvanda sahibkarlarla görüşdü

Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Azərişıq ASC fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, yaranan çətinliklərin aradan qaldırılması məqsədilə Naxçıvanda görüş təşkil edib.

Axar.az xəbər verir ki, Ordubad Elektrik Şəbəkəsinin (EŞ) binasında keçirilən görüşə 30-dək sahibkar və yerli sakin qatılıb.

Tədbirdə Azərişıq ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktoru İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Nərman Mahmudov, Ordubad Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəşadət Orucov iştirak edib.

Görüş zamanı fermer, sahibkar və vətəndaşlara Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Azərişıq ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma və əsaslı təmir işləri barədə məlumat verilib. Bildirilib ki, ölkənin bütün regionlarında yeni güc mərkəzləri, müasir yarımstansiyalar tikilir, ən müasir standartlara cavab verən transformator məntəqələri qurulur, yeni dayaqlar basdırılır, Özünüdaşıyan İzolyasiyalı Naqillərdən (ÖİN) istifadə edilərək yeraltı və yerüstü xətlər çəkilir.

Həmçinin tədbir iştirakçıları elektron xidmətlər barədə məlumatlandırılıb. Xidmət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər haqqında maarifləndirici söhbət aparılıb.

Tədbirdə yeni elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi, texniki şərtlərin verilməsi və ödəniş qaydaları izah edilib. Bununla yanaşı vətəndaşların daha çox müraciət etdikləri digər xidmətlər – abonentin balansındakı avadanlıqlara texniki xidmət göstərilməsi, çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyatı, sayğac zədələnməsi hallarında görüləcək tədbirlər, qeyri-əhali abonentlərinin ad dəyişikliyi prosedurları, smart kartın və qüsurlu ödənişlərin bərpası xidmətləri barədə ətraflı məlumatlar verilib, onların sualları cavablandırılıb. Eyni zamanda, həm ASAN Xidmət mərkəzlərində, həm də elektron platformalar üzərindən təqdim edilən bütün xidmətlər barədə geniş məlumat verilib. Vətəndaşların və sahibkarların müraciətlərinin daha asan və sürətli həlli üçün yaradılan imkanlar vurğulanıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciətetmə imkanları ətraflı izah olunub. İştirakçıların müxtəlif məsələlərlə bağlı sualları dinlənilib, qaldırılan bəzi problemlər yerindəcə həll olunub.

Azərişıq ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, görüşlər keçirir. Fermer və sahibkarların təklif, tövsiyələri dinlənilir, mövcud problemlərinin həlli istiqamətində işlər aparılır. Görülən bütün işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.

Tarix
2026.05.21 / 11:18
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla