Yuxarı

“Kapital Bank” tanınmış şirkətlə əməkdaşlığa başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kapital Bank” tanınmış şirkətlə əməkdaşlığa başladı

Ölkənin birinci bankı “Kapital Bank” dünyanın tanınmış investisiya şirkətlərindən biri olan “Federated Hermes Limited” ilə əməkdaşlığa başlayıb. Bununla da Kapital Bank Azərbaycanda şirkətin ilk bank tərəfdaşına çevrilib.

Bu tərəfdaşlıq “Kapital Bank”ın beynəlxalq maliyyə bazarlarına inteqrasiyası, həmçinin bankın xəzinədarlıq və likvidlik idarəetməsi sahəsində beynəlxalq təcrübəyə əsaslanan imkanların genişləndirilməsi istiqamətində atdığı mühüm addımlardan biridir.

Əməkdaşlıq çərçivəsində bank pul bazarlarına vəsaitlərin yerləşdirilməsi və likvidliyin daha səmərəli idarə olunması istiqamətində yeni imkanlar əldə edəcək.

Qeyd edək ki, “Federated Hermes Limited” Londonda yerləşən və beynəlxalq investisiya idarəçiliyi sahəsində fəaliyyət göstərən maliyyə qurumudur. Şirkət institusional və korporativ müştərilər üçün likvidlik idarəetməsi, sabit gəlirli alətlər, səhmlər və alternativ investisiya həlləri üzrə xidmətlər təqdim edir. Xüsusilə məsuliyyətli və dayanıqlı investisiya yanaşması (ESG) sahəsində qabaqcıl təcrübəsi ilə tanınan “Federated Hermes Limited” uzun illərdir qlobal maliyyə bazarlarında fəaliyyət göstərir.

Ölkənin birinci bankı “Kapital Bank” PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul kreditiBirbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.

Tarix
2026.05.21 / 12:41
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla