Yuxarı

Bakı-Tiflis qatarı onlar üçün pulsuz olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-Tiflis qatarı onlar üçün pulsuz olacaq

"Azərbaycan Dəmir Yolları"nın Bakı–Tiflis–Bakı marşrutu üzrə hərəkət edən qatarlarında uşaqlar üçün güzəştli və pulsuz səyahət imkanları tətbiq olunur.

Qurumdan Axar.az-a verilən məlumata görə, 5 yaşa qədər uşaqlar ayrıca yer tutmamaq şərtilə qatarla pulsuz səyahət edə bilərlər. 5–10 yaş arası uşaqlar üçün isə səyahət sinifi, biletin alınma tarixi və mövsümdən asılı olaraq 50 faizə qədər endirim nəzərdə tutulub.

Bildirilib ki, 5 yaşadək uşaqlar üçün nəzərdə tutulan pulsuz bilet mütləq qaydada rəsmiləşdirilməlidir.

Qaydalara əsasən, uşağın səfəri etibarlılıq müddəti olan pasport əsasında həyata keçirilir. Uşaq yalnız bir valideynlə səyahət etdikdə digər valideynin, valideynsiz digər böyüklə səfər etdikdə isə hər iki valideynin ayrıca notarial qaydada təsdiqlənmiş etibarnaməsi tələb olunur.

Sərnişinlər biletləri ADY-nin rəsmi saytı, ADY Mobile tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə edə bilərlər.

Tarix
2026.05.22 / 19:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla