Yuxarı

Əmək yarmarkasında 90-dək vakansiya təqdim olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əmək yarmarkasında 90-dək vakansiya təqdim olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın rayonunda növbəti əmək yarmarkası keçirilib.

Axar.az xəbər verir ki, yarmarkanın açılışı zamanı Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramının icrası çərçivəsində doğma yurdlarına köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluğunun təminatı sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Bu tədbirlər sırasında əmək yarmarkalarının təşkilinə də xüsusi önəm verildiyi, işğaldan azad edilmiş ərazilərdə ötən dövrdə işəgötürənlərlə sıx əməkdaşlıqda 36 əmək yarmarkasının təşkil edildiyi qeyd olunub.

Əmək yarmarkasında 21 müəssisə tərəfindən informasiya texnologiyaları üzrə mühəndis, rabitə mühəndisi, elektrik-qaz qaynaqçısı, ofisiant, yük avtomobili sürücüsü, qənnadıçı, fəhlə, dəmirçi, gözətçi və digər peşə istiqamətləri üzrə ümumilikdə 90-dək vakansiya təqdim olunub.

Tədbirdə iştirak edən işsiz və işaxtaran şəxslərə vakansiyalar barədə ətraflı məlumat verilib, onların uyğun işlərə yönləndirilməsi həyata keçirilib. Bununla yanaşı, vətəndaşlara Dövlət Məşğulluq Agentliyinin icra etdiyi aktiv məşğulluq proqramları və layihələri barədə də məlumatlar verilib.

Qarabağ Peşə Hazırlığı Mərkəzi də tədbirdə öz stendi ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslər Mərkəzin fəaliyyəti, təşkil olunan kurslar və müraciət qaydaları barədə məlumatlandırılıb.

Tarix
2026.05.22 / 20:14
Müəllif
Axar.az
Digər xəbərlər

Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

Ərəbistanın xahişini ABŞ niyə rədd etdi? - Böyük oyun

İlham Əliyev Kambocaya səfərə dəvət edildi

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İpoteka şərtləri ağırdır: ilkin ödəniş də, aylıq da...

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

İlham Əliyev onlara müraciət ünvanladı

İlham Əliyev İspaniya Kralını təbrik etdi

İranın daxili işlər naziri Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla