Yuxarı

Həcc ziyarəti bu tarixdə başlayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həcc ziyarəti bu tarixdə başlayacaq

Mayın 24-dən 25-ə keçən gecə Məkkədə Böyük Həcc ziyarəti dövrü başlayacaq.

Axar.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, zəvvarlar o müddətə kimi müstəqil şəkildə Kəbə evinə ibadət üçün gedib gələcəklər.

"Dünən son zəvvar qrupu da Məkkəyə gəldi və beləliklə, hazırda burada 1150 azərbaycanlı zəvvar var. Ayın 24-dən 25-ə keçən gecə Böyük Həcc dövrü başlayacaq. Zəvvarların bir hissəsi Minaya gedəcək.

Ayın 25-dən 26-na keçən gecə isə bütün zəvvarları Ərafata yola salacağıq. Beləliklə, ayın 26-sı onlar səhərdən axşama kimi Ərafatda olacaqlar".

Qeyd edək ki, Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.

Tarix
2026.05.22 / 20:28
Müəllif
Axar.az
Digər xəbərlər

Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

Ərəbistanın xahişini ABŞ niyə rədd etdi? - Böyük oyun

İlham Əliyev Kambocaya səfərə dəvət edildi

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İpoteka şərtləri ağırdır: ilkin ödəniş də, aylıq da...

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

İlham Əliyev onlara müraciət ünvanladı

İlham Əliyev İspaniya Kralını təbrik etdi

İranın daxili işlər naziri Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla