Yuxarı

İcra hakimiyyəti 173 minə iki su tankeri alır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra hakimiyyəti 173 minə iki su tankeri alır

Ordubad Rayon İcra Hakimiyyəti "Alfa Motors Company" şirkəti ilə satınalma müqaviləsi imzalayacaq.

Axar.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, şirkət icra hakimiyyətinin kommunal təyinatlı texnikaların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.

Müqavilənin maliyyə dəyəri 173 000 manatdır. Qurum bu məbləğə iki ədəd su tankeri almağı planlaşdırır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Alfa Motors Company" MMC 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, akademik Şamil Əzizbəyov küçəsi, ev 22-də yerləşir. MMC-nin qanuni təmsilçisi Mehdi Pərvaz oğlu Xalıqovdur.

Araşdırmalarımız zamanı məlum olub ki, Mehdi Xalıqov "İnam Sığorta Agentliyi"nin rəhbəri olmuş Fərid Xalıqovun qardaşıdır. "İnam Sığorta Agentliyi" 2022-ci ildə ləğv edilib.

Tarix
2026.05.23 / 15:26
Müəllif
Axar.az
Digər xəbərlər

İpoteka şərtləri ağırdır: ilkin ödəniş də, aylıq da...

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

İlham Əliyev onlara müraciət ünvanladı

İlham Əliyev İspaniya Kralını təbrik etdi

İranın daxili işlər naziri Azərbaycana gəldi

İlham Əliyev Hun Manetlə məhdud tərkibdə görüşdü

Kamboca baş nazirinin rəsmi qarşılanma mərasimi oldu

Kamboca baş naziri Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla