Yuxarı

Sumqayıtda uşaqlarla bağlı tədbir keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıtda uşaqlarla bağlı tədbir keçirildi - Foto

Sumqayıt şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbir təşkil olunub. Sumqayıt Muğam Mərkəzində təşkil olunan təntənəli tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyi, şəhər ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri, valideynlər və uşaqlar iştirak ediblər.

Axar.az xəbər verir ki, tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov uşaqları bayram münasibətilə təbrik edərək bildirib ki, hər bir dövlətin və cəmiyyətin gələcəyi uşaqların sağlam, savadlı və vətənpərvər ruhda yetişməsindən asılıdır. Qeyd olunub ki, ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların hərtərəfli inkişafı, keyfiyyətli təhsil və sağlamlıq xidmətləri ilə təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Vurğulanıb ki, Sumqayıtda da uşaqların rahat və təhlükəsiz mühitdə böyümələri, bilik və bacarıqlarını inkişaf etdirmələri üçün müasir məktəblər, uşaq bağçaları, idman və mədəniyyət müəssisələri fəaliyyət göstərir.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu sosial siyasət nəticəsində uşaqların rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, onların istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılır.

Bayram proqramı uşaqların hazırladığı maraqlı konsert proqramı ilə davam edib. Məktəblilərin və məktəbəqədər təhsil müəssisələrinin balaca fidanlarının ifasında səsləndirilən mahnılar, milli və müasir rəqslər, bədii kompozisiyalar və vətənpərvərlik ruhunda hazırlanmış səhnəciklər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Uşaqların çıxışları alqışlarla müşayiət olunub.

Tədbir çərçivəsində təhsil sahəsində səmərəli fəaliyyət göstərən, gənc nəslin təlim-tərbiyəsində fərqlənən bir qrup müəllim və tərbiyəçi fəxri fərmanlarla təltif olunub.

Tarix
2026.06.02 / 09:20
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Füzulidən Şuşaya avtomobili özü sürdü - Foto

Prezident Ərdoğanın səfəri ilə bağlı görüntülər paylaşdı

Türkiyə DİN də Azərbaycanı təbrik etdi

İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilir

Ərdoğanın Şuşada qarşılanma mərasimi - Video

Şimali Kipr də Azərbaycanı təbrik etdi

Şuşada Ərdoğanın qarşılanmasına hazırlıq – Video

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Qələbələrin daim olsun, Can Azərbaycan - Çavuşoğlu

Ərdoğanı şəxsən İlham Əliyev qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla