Yuxarı

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi

Tanınmış plastik cərrah Mübariz Məmmədlinin sertfikasiya Səhiyyə Nazirliyi tərəfindən ləğv olunub.

Axar.az Xitab24.az-a istinadla xəbər verir ki, Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət yaradılmış Xüsusi Təftiş Komissiyasının müvafiq qərarına əsasən ona plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verən 2020-ci il tarixli sertifikasiya şəhadətnaməsinin əsaslılığı təsdiq olunmayıb.

Bu səbəbdən Səhiyyə Nazirliyinin müvafiq əmri ilə M.Məmmədlinin sertfikasiya şəhadətnaməsi ləğv olunub.

Qərardan narazı qalan Mübariz Məmmədli aktın ləğvi üçün məhkəməyə müraciət edib. Səhiyyə Nazirliyinin nümayəndəsi isə məhkəmədə bildirib ki, Mübariz Məmmədlinin plastik cərrah kimi ixtisas üzrə kursdan keçmədən sertifikasiya imtahanına buraxılıb və ona sertifikasiya şəhadətnaməsi verilib. Onun qeyd edilən ali ixtisaslı tibb təhsilinə malik olmaması işin mübahisəsiz haldır.

Məhkəmə instansiyaları M.Məmmədlinin Səhiyyə Nazirliyinin qərarının ləğvinə dair iddiasını təmin etməyib.

Qeyd edək ki, bu yaxınlarda M.Məmmədli ilə bağlı daha bir məhkəmə prosesi başa çatmışdı. O, "İnternational Medical Centre-Bakı”ya məxsus "Baku Medical Plaza”da etdiyi qüsurlu əməliyyata görə pasiyent Z.Məmmədovaya 15000 manat ödəməli olmuşdu.

Tarix
2026.06.02 / 15:29
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla