Yuxarı

Qadınların hesablarından pul oğurlanır - AMB

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qadınların hesablarından pul oğurlanır - AMB

Azərbaycanda əksər hallarda qadınların hesablarından pul oğurlanır.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu ​Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentin direktoru Elnur Eyvazlı Bakıda keçirilən "Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi" adlı tədbirdə bildirib.

"Həyata keçirilən tədbirlərin nəticəsində, hesabların ələ keçirilməsi (account takeover) hallarının sayında azalma müşahidə olunur. Bununla yanaşı, maarifləndirmə istiqamətində əlavə dəstəyə ehtiyac var. Statistik göstəricilər göstərir ki, dələduzluq qurbanları arasında daha çox qadınlar, xüsusilə də yaşlı nəslin nümayəndələri üstünlük təşkil edir. Təəssüf ki, maliyyə vəsaitlərinin oğurlanması hallarında bu tendensiya özünü açıq şəkildə göstərir. Bütün insidentlər üzrə təhlil aparır, baş verən hadisələrdən çıxarılan nəticələri (lessons learned) qiymətləndirir və bu halların səbəblərini araşdıraraq tənzimləmə mexanizmlərini daha da təkmilləşdiririk. Konseptual yanaşmamız ondan ibarətdir ki, dövlət qurumları arasında daha geniş inteqrasiya təmin edilməlidir. İnsidentlərin idarə olunması üçün vahid platforma formalaşdırılmalı, hüquq-mühafizə orqanlarının da həmin platformaya çıxışı olmalıdır. Bu, insident baş verdiyi anda aidiyyəti qurumlarla operativ əlaqə yaradılmasına və çevik reaksiyaya imkan verəcək", - deyə o qeyd edib.

Tarix
2026.06.03 / 18:05
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla