Yuxarı

Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - Foto

14:18

Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun hərbçisi həlak olub.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, gizir Rəcəb Mənsimli xidmət zamanı baş verən hadisə nəticəsində həyatını itirib.

İlkin məlumata əsasən, hadisə Kəlbəcərdə yerləşən Ömər aşırımı istiqamətində qeydə alınıb. Bildirilir ki, R.Mənsimli aşırımda yıxılan əsgərə kömək etmək üçün gedib, həmin əsgər xilas edilib, özü isə həyatını itirib.

Gizir Rəcəb Mənsimli bu gün Yardımlı rayonunun Zevin kəndində torpağa tapşırılıb. Onun ailəli olduğu bildirilir, övladı olmayıb.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlanıb.

***

Kəlbəcər rayonu Ömər aşırımı ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Rəcəb Miriş oğlu Mənsimli və İlyas Coşqun oğlu Osmanov bölgənin qarlı və buzlu olması səbəbindən yıxılaraq dərəyə düşüblər.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alaraq yaralanan İlyas Coşqun oğlu Osmanov dərhal ilk yardım göstərilərək yaxınlıqdakı tibb müəssisəsinə təxliyə olunub:

"Vəziyyəti stabildir. Təəssüflə bildiririk ki, aldığı xəsarətlər nəticəsində Rəcəb Miriş oğlu Mənsimlinin həyatını xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verir, yaralı hərbi qulluqçuya şəfa diləyir.

Faktla bağlı araşdırma aparılır".

Tarix
2026.06.06 / 15:04
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla