Yuxarı

Doktorantura imtahanında problem... - DİM aydınlıq gətirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Doktorantura imtahanında problem... - DİM aydınlıq gətirdi

Dövlət İmtahan Mərkəzi doktoranturaya qəbul imtahanında xarici dil üzrə danışıq blokunda problem yaranması ilə bağlı iddialara aydınlıq gətirib.

Axar.az xəbər verir ki, qurumdan Report-a danışıq bloku imtahanının tarixləri haqqında məlumatın iyunun 3-də ictimaiyyətə təqdim olunduğu bildirilib.

İmtahan əvvəlcədən elan olunan qrafikə uyğun olaraq ayın 17-də başlanıb və 3 gün ərzində keçirilməsi nəzərdə tutulub.

İmtahan kompüterlər vasitəsilə elektron formada təşkil olunur. Namizədlər gün ərzində 3 növbə olmaqla imtahanda iştirak edirlər. İmtahanın müddəti təqribən 12-15 dəqiqədir. İmtahan vaxtı texniki problem yaşanırsa, yerində həll olunur və namizəd imtahanını verir. İyunun 17 və 18-də iki mindən çox namizəd imtahanda iştirak edib.

Proses bu gün də davam edir. Bundan əlavə, imtahan bir neçə gün davam etdiyi üçün üzrlü səbəblərdən (müəllimlərin sertifikasiyası və s.) təyin olunan vaxtda imtahan verə bilməyən namizədlərə də əlavə şərait yaradılıb və onların da imtahanda iştirakı təmin olunur.

Tarix
2026.06.19 / 13:08
Müəllif
Axar.az
Digər xəbərlər

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla