Yuxarı

Küləkli havada dənizə girməyin! - FHN

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Küləkli havada dənizə girməyin! - FHN

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə növbəti dəfə müraciət edib.

FHN-dən Axar.az-a bildirilib ki, qurum tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən küləkli hava şəraitində və qeyri-çimərlik ərazilərdə çimməyin təhlükəsi barədə dəfələrlə edilən müraciətlərə baxmayaraq, bəzi vətəndaşların təhlükəsizlik qaydalarına laqeyd münasibəti sonda acı nəticələrə gətirib çıxarır.

Qeyd olunub ki, paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki "Daçnik" kimi tanınan nəzarətsiz ərazidə və küləkli hava şəraitində baş vermiş sudabatma hadisəsi ilə bağlı ötən gün daxil olmuş məlumat bir daha qaydalara riayət etməyin zərurətini göstərir.

"Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi növbəti dəfə vətəndaşlara müraciət edərək, çimərliklərlə bağlı təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır, o cümlədən küləkli hava şəraitində dənizə girməyin, qeyri-çimərlik ərazilərdə çimməyin təhlükəsini, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl etməyin vacibliyini bir daha xatırladır", - müraciətdə vurğulanıb.

FHN daha əvvəldə analoji müraciətlə çıxış edib.

Tarix
2026.06.22 / 09:28
Müəllif
Axar.az
Digər xəbərlər

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla