Yuxarı

7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi yekunlaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi yekunlaşdı

Ölkənin birinci bankı "Kapital Bank"ın brendi olan Birbank Biznes-in rəsmi tərəfdaşlığı ilə keçirilən 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi yekunlaşıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə baş tutan sərgidə inşaat, qida, İKT, təhsil, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini təqdim edib.

Bankın 7-ci dəfə dəstək olduğu sərgi yerli bizneslərin tanıdılması, yeni əməkdaşlıqların qurulması və bazara çıxış imkanlarının genişləndirilməsi baxımından ölkənin ən böyük biznes platformalarından biridir. Tədbir çərçivəsində keçirilən şirkətlərarası işgüzar görüşlər və dövlət qurumlarının nümayəndələri ilə təşkil olunan görüşlər iştirakçılara yeni əməkdaşlıqlar qurmaq, biznes əlaqələrini genişləndirmək və mövcud imkanlarla daha yaxından tanış olmaq imkanı yaradıb.

Sərginin yekunlarına münasibət bildirən "Kapital Bank"ın İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadə qeyd edib ki, sahibkarların inkişafı üçün maliyyə həlləri ilə yanaşı, onların yeni əlaqələr qurmasına, təcrübə mübadiləsi aparmasına və məhsul-xidmətlərini daha geniş auditoriyaya təqdim etməsinə imkan yaradan platformaların olması da vacibdir. O, Yerli Şirkətlərin Tanıtım Sərgisini bizneslər arasında əməkdaşlığın inkişafına töhfə verən uğurlu təşəbbüslərdən biri adlandırıb.

Qeyd edək ki, Birbank Biznes hazırda 200 mindən çox sahibkara xidmət göstərilir. Platforma sahibkarların gündəlik fəaliyyətini asanlaşdıran rəqəmsal həllərlə yanaşı, onların inkişafına, yeni əməkdaşlıqlar qurmasına və biznes imkanlarını genişləndirməsinə töhfə verən təşəbbüsləri dəstəkləməyə davam edir.

Ölkənin birinci bankı "Kapital Bank" PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul kreditiBirbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.

Tarix
2026.06.22 / 17:18
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla