Yuxarı

İmtahanda proqramdan kənar sual olsaydı... - DİM sədri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmtahanda proqramdan kənar sual olsaydı... - DİM sədri

İmtahan bitən kimi “ictimai ekspertiza başlayır”.

Axar.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Trend Beynəlxalq İnformasiya Agentliyinə və Baku TV-yə müsahibəsində bildirib.

DİM sədrinin sözlərinə görə, sualların proqramdan kənar olması ilə bağlı hər hansı apellyasiya müraciəti qeydə alınmayıb:

"Ümumiyyətlə bizim imtahan modelimiz tamamilə açıq modeldir. Suallar kitabça şəklində şagirdlərə paylanılır. İmtahan bitən kimi həmin gün “ictimai ekspertiza” başlayır. Bu prosesdə ən adi vətəndaşdan tutmuş elmi dərəcəsi olan akademiklərə qədər hər kəs sualları yoxlaya bilər. Hətta bu gün süni intellekt alətləri, o cümlədən ChatGPT vasitəsilə də sualların təhlili mümkündür. Biz həmin gün bütün sualların izahını təqdim edirik, eyni zamanda hər sualın proqramın hansı mövzusuna, hansı sinif səviyyəsinə aid olduğunu da göstəririk. İctimaiyyət də bunu çox yaxşı bilir. İndiyə qədər bir dəfə də olsun belə bir iddia irəli sürülməyib ki, “bu sual dərslikdə yoxdur”.

“Proqramdan kənardır” yox, “məktəbdə keçməmişik”, “proqramda var, amma keçməmişik” kimi fikirlər səsləndirilir. Bu isə artıq başqa məsələdir. Proqram var, dərslik var və biz bunları mütəmadi olaraq dərc edirik. Əgər doğrudan da proqramdan kənar sual olsaydı, bu, ciddi bir məsələ kimi dərhal gündəmə gələrdi və araşdırılardı".

Tarix
2026.06.23 / 19:14
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla