Yuxarı

Zakir Həsənov Baş Klinik Hospitalı ziyarət etdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov Baş Klinik Hospitalı ziyarət etdi - Video

İyunun 25-də Müdafiə Nazirliyinin rəhbər heyəti 26 İyun – Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 108-ci ildönümü münasibətilə Baş Klinik Hospitalı ziyarət edib.

​Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ziyarət çərçivəsində əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hospitalın ərazisindəki abidəsi önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.

​Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalın tibb personalı və burada müalicə olunan hərbi qulluqçularla görüşüb, onların müalicə prosesi və səhhəti ilə yaxından maraqlanıb.

​Nazirliyin rəhbər heyəti hərbi qulluqçuların tezliklə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb. Daha sonra şəxsi heyətə bayram sovqatları təqdim edilib.

​Hospitalın peşəkar tibb kollektivinin hərbi qulluqçuların müayinə, müalicə və reabilitasiyasındakı səmərəli fəaliyyəti rəhbərlik tərəfindən yüksək qiymətləndirilib.

Müdafiə naziri hərbi qulluqçulara daha keyfiyyətli tibbi xidmət göstərilməsi barədə vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.

​Hospitalın kollektivi və müalicə olunan hərbi qulluqçular müəssisədə yaradılan yüksək şəraitə, göstərilən diqqət və qayğıkeşliyə görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Tarix
2026.06.25 / 17:35
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla