Yuxarı

Ceyhun Salmanov məhkəmə zalından azadlığa buraxıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ceyhun Salmanov məhkəmə zalından azadlığa buraxıldı

12:57

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov, əməkdaşları Elşad Məhərrəmov və Natiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin sədrlik etdiyi prosesdə prokuror çıxış edib.

Prokuror məhkəməyə təqsirləndirilən şəxslərdən Ceyhun Salmanov və Elşad Məhərrəmovun 4 il, Natiq Əliyevin isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qeyd edək ki, mərkəzinin rəhbəri Ceyhun Salmanov, əməkdaşları - Elşad Məhərrəmov və Natiq Əliyevin barəsində Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma), 133.2.1, 133.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsə, oğurlanmış şəxsə əzab vermə), 144.3 (ağır nəticələrə səbəb olan adam oğurluğu), 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham elan edilib.

Ceyhun Salmanovun Elşad Məhərrəmov, Natiq Əliyev və istintaqa məlum olmayan digərləri ilə qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda 7-dən çox şəxsi zor tətbiq etməklə və aldatmaqla Mərkəzin Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən müəssisəsinə (yaşayış evinə) gətirmələri, orada iradələri ziddinə və qanunsuz olaraq azadlıqdan məhrum edilməklə saxlamaları, saxlanıldıqları müddətdə həmin şəxsləri yaxınları ilə əlaqə saxlamaq imkanından, o cümlədən mobil telefon və digər rabitə imkanlarından məhrum etmələri, müxtəlif formada fiziki və psixi iztirablarla onlara əzab vermələri, saxlanılan şəxslərdən bir neçəsinin sağlamlığına xəsarət yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Sözügedən mərkəzin adı orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb. Amma cinayət işinin həmin hadisə ilə əlaqəsi yoxdur.

Şikayət prokurorluğa ötən ilin dekabr ayında daxil olub.

***

"Qurtuluş" Reabilitasiya Mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bu gün Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ceyhun Salmanova 3 il 3 ay, Elşad Məhərrəmov 3 il 6 ay, Natiq Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Onların cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti seçilməklə şərti hesab olunub.

Hər üç şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Tarix
2026.07.01 / 13:19
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla