Yuxarı

Ağır qəza: bir ailənin 3 üzvü öldü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağır qəza: bir ailənin 3 üzvü öldü - Foto

Naxçıvanda baş verən ağır yol-nəqliyyat hadisəsi bir ailənin faciəsi ilə nəticələnib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Naxçıvan–Sədərək magistral yolunun Şərur rayonunun Püsyan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

68 BC 455 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobillə 68 BB 655 dövlət qeydiyyat nişanlı "NAZ-Lifan" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər həyatını itirib.

Qəza zamanı həlak olan Nəvai Həsənov, Tamara Həsənova və Alparslan Həsənovun eyni ailənin üzvləri olduğu bildirilib.

Hadisə nəticəsində ailənin digər övladı İnci Həsənova, eləcə də digər avtomobildə olan Rəşad Məmmədov müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Tarix
2026.07.06 / 09:12
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla