"Qarabağ" "Dinamo"ya qarşı - Canlı
20:00
| Ana səhifə Toplum |
|
09:44
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir.
Axar.az xəbər verir ki, bu gün növbəti köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb.
Bu mərhələdə Şükürbəyli kəndinə 46 ailə, ümumilikdə 223 nəfər köçürülüb.
Qeyd edək ki, doğma yurda qayıdan sakinlər əvvəllər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.
|
Tarix
2026.07.06 / 14:26
|
Müəllif
Axar.az
|