Yuxarı

“Arazın sahilində” ekoloji təmizlik aksiyası keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Arazın sahilində” ekoloji təmizlik aksiyası keçirildi

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan "Araz" supermarketlər şəbəkəsi “Təbiəti qorumaq mənim əlimdədir” layihəsi çərçivəsində “Arazın sahilində” növbəti ekoloji təmizlik aksiyasını həyata keçirib.

Şirkətin 15 illiyinə həsr olunan aksiya zamanı əməkdaşlar Araz çayının Saatlı rayonu ərazisindən keçən hissəsini tullantılardan təmizləyiblər. Təmizlik aksiyası çərçivəsində çay sahilindən təxminən 300 kq tullantı toplanaraq xüsusi nəqliyyat vasitəsilə Saatlı rayonunun tullantı poliqonuna daşınıb.

Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Saatlı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilib.

Qeyd edək ki, "Araz" supermarketlər şəbəkəsi “Təbiəti qorumaq mənim əlimdədir” layihəsi çərçivəsində ekologiyanın qorunması və ətraf mühitin mühafizəsinə yönəlmiş müxtəlif ekoloji layihələr həyata keçirir. Ötən illərdə “Arazın sahilində” təmizlik aksiyası Araz çayının İmişli və Saatlı rayonlarından keçən hissələrində təşkil olunub. Layihənin davamlı olaraq həyata keçirilməsi və gələcəkdə Araz çayının müxtəlif rayonlardan keçən hissələrində də təmizlik aksiyalarının təşkil edilməsi nəzərdə tutulur.

Aksiyanın əsas məqsədi ictimaiyyətin diqqətini təbiətin mühafizəsinə, yaşıllıqların bərpası və artırılmasına, eləcə də ətraf mühitin qorunmasına yönəltməkdir. Bununla yanaşı, layihə insanlarda ətraf mühitə qarşı daha həssas və məsuliyyətli münasibətin formalaşdırılmasına, tullantıların azaldılması və düzgün idarə olunmasının təşviqinə xidmət edir.

Tarix
2026.07.06 / 10:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ümidvaram buna görə Trampa Nobel mükafatı veriləcək

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla