Yuxarı

Rusiya tarix boyu Qafqazı istehkam kimi qiymətləndirib...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya tarix boyu Qafqazı istehkam kimi qiymətləndirib...

Rusiya tarix boyu Qafqazı hərbi istehkam kimi qiymətləndirib, bölgədə hökmranlığını möhkəmləndirmək üçün yerli xalqları parçalamaq və qarşı-qarşıya qoymaq siyasəti aparıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Türkiyənin Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun Türk Tarixi kafedrasının müdiri, professor Abdullah Temizkan “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar” adlı keçirilən beynəlxalq konfransda deyib.

Professor bildirib ki, Rusiya tarixən Qafqaz coğrafiyasına hərbi istehkam kimi yanaşıb, burada möhkəmlənməyə, yerli xalqları özünə tabe etdirməyə çalışıb:

“Bu məqsədlə bölgə xalqlarını parçalamağa, bir-birinə qarşı qoymağa və təcrid etməyə yönəlmiş siyasət həyata keçirilib”.

A.Temizkan vurğulayıb ki, Qafqaz xalqları bütün təzyiqlərə baxmayaraq azadlıq ruhunu qoruyub saxlayıb:

“Azadlıq yalnız döyüş meydanlarında deyil, milli mədəniyyətin, tarixi yaddaşın və mənəvi məkanın qorunması ilə yaşadılır”.

Tarix
2026.07.06 / 10:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ümidvaram buna görə Trampa Nobel mükafatı veriləcək

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla