Yuxarı

Bu ərazilərdə söküntü gedir - Ünvanlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ərazilərdə söküntü gedir - Ünvanlar

Azərbaycanda köhnə və qəzalı yaşayış binalarının sökülməsi prosesi müxtəlif maliyyələşdirmə modelləri əsasında həyata keçirilir. Bu istiqamətdə işlər əsasən üç formada icra olunur.

Axar.az xəbər verir ki, bunu Bakı.vs-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, birinci model dövlət büdcəsi hesabına həyata keçirilən layihələri, ikinci model investorların maliyyələşdirdiyi layihələri, üçüncü model isə dövlət və özəl sektorun birgə iştirak etdiyi qarışıq maliyyələşmə mexanizmini əhatə edir:

"Dövlət vəsaiti hesabına reallaşdırılan layihələr daha çox abadlıq və şəhərsalma işlərinə yönəlib. Hazırda dövlət sifarişi ilə yeni yaşayış binalarının tikintisi nəzərdə tutulmur. Köhnə binaların sökülərək yerində yeni yaşayış komplekslərinin inşası əsasən investorlar tərəfindən həyata keçirilir.

Hazırda söküntü işlərinin daha intensiv aparıldığı rayonlardan biri Binəqədidir. Burada 1-ci, 2-ci və 3-cü Mədən küçələri, Ağa Nemətulla küçəsi, Bağ küçəsi və Ağasadıq Gəraybəyli küçəsi üzrə layihələrin icrasına başlanılması nəzərdə tutulur.

Yenidənqurma proqramı paytaxtın digər rayonlarını da əhatə edir. Belə ki, Nərimanov rayonunda Nazim Hacıyev küçəsi, Yasamal rayonunda Yeni Yasamal yaşayış massivinin bəzi hissələri, Nəsimi rayonunda Mirəli Qaşqay küçəsi, Səbail rayonunda Salman Mümtaz küçəsi, Badamdar qəsəbəsində Seyran Məmmədov küçəsi, Xətai rayonunda Oksigen və Nəsrəddin Tusi küçələri, həmçinin Nizami rayonunun müxtəlif ərazilərində də söküntü və yenidənqurma layihələrinin həyata keçirilməsi planlaşdırılır".

AQC sdəri əlavə edib ki, Sabunçu rayonunda Məmmədəliyev və Puşkin küçələri, Suraxanı rayonunun Bülbülə və Ramana qəsəbələri, eləcə də Pirallahıda Səməd Vurğun və Rasim Şahsuvarov küçələri də proqram çərçivəsində nəzərdə tutulan ünvanlar sırasındadır:

"Söküntü prosesi təkcə Bakı ilə məhdudlaşmır. Sumqayıt şəhərinin 5-ci, 17-ci və 21-ci məhəllələrində layihələrin icrasına başlanılıb. Eyni zamanda Naxçıvanda da söküntü işlərinə start verilib. Cənub bölgəsində, xüsusilə Masallıda da oxşar layihələrin həyata keçirilməsi istiqamətində addımlar atılır.

Qarşıdakı illərdə yenilənmə proqramı mərhələli şəkildə Azərbaycanın digər şəhər və rayonlarını da əhatə edəcək. Bununla yanaşı, əsas prioritet Bakı şəhərinin 2040-cı ilədək Baş Planında nəzərdə tutulan tədbirlərin icrası və istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülərək yenilənməsidir",

Tarix
2026.07.08 / 17:53
Müəllif
Axar.az
Digər xəbərlər

Putinə zəng edəcəm, müharibəni bitirmək istəyir - Tramp

Bu, Türkiyənin gücünü və nüfuzunu bir daha təsdiqlədi

Onları Azərbaycan və Ermənistan kimi barışdıra biləcəyəm

Onların ölkəyə qaytarılması üçün sistemli iş aparılır - Nazir

Onlar Azərbaycan vətəndaşlığından məhrum ediləcək!

Əliyev İordaniya baş nazirinin müavinini qəbul etdi

Ermənistanın Azərbaycanla sərhəddə sülhə risk yaradan təlimi

İş üçün Rusiyaya gedənlərin nəzərinə: Qaydalar dəyişir

Zelenski Ankarada Azərbaycana təşəkkür etdi

Bayramov onunla telefon danışığında şad xəbəri açıqladı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla