Yuxarı

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verir!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verir!

ABB 10 iyul 2026-cı il tarixində istiqraz emissiyasının növbəti mərhələsinə start verir. Bu mərhələdə Bank kapital bazarına 7-ci istiqraz buraxılışını təqdim edəcək. Emissiyanın ümumi həcmi 5 000 000 AZN-dir.

Axar.az xəbər verir ki, istiqrazların nominal dəyəri 100 AZN, valyutası Azərbaycan manatıdır. 24 ay müddətinə buraxılan istiqrazlar üzrə illik kupon dərəcəsi 10%-dir. Emissiya faizli və təmin edilməmiş istiqrazlar kateqoriyasına aiddir.

Kupon ödənişləri aylıq həyata keçiriləcək. İstiqrazların yerləşdirilməsi abunə yazılışı üsulu ilə aparılacaq. Abunə müddəti 3 təqvim həftəsi davam edəcək.

Emissiya üzrə anderrayter və market-meyker funksiyalarını “ABB İnvest” həyata keçirir.

ABB bu emissiya ilə kapital bazarında davamlı aktivliyini daha da gücləndirməyi, investorlara isə sabit gəlirlilik potensialına malik, əlçatan və etibarlı investisiya aləti təqdim etməyi hədəfləyir.

Qeyd edək ki, Bankın 2026-cı ilin iyun ayında həyata keçirdiyi əvvəlki istiqraz emissiyası da uğurla başa çatıb. Ümumi həcmi 10 milyon AZN olan buraxılış tam yerləşdirilib, investorlardan daxil olan sifarişlərin həcmi isə təklifi təxminən iki dəfə üstələyib. Bu da ABB istiqrazlarına olan yüksək marağın növbəti dəfə təsdiqidir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Tarix
2026.07.08 / 18:18
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyevin arvadının şirkəti hələ də vergi borcunu ödəməyib

Putinə zəng edəcəm, müharibəni bitirmək istəyir - Tramp

Bu, Türkiyənin gücünü və nüfuzunu bir daha təsdiqlədi

Onları Azərbaycan və Ermənistan kimi barışdıra biləcəyəm

Onların ölkəyə qaytarılması üçün sistemli iş aparılır - Nazir

Onlar Azərbaycan vətəndaşlığından məhrum ediləcək!

Əliyev İordaniya baş nazirinin müavinini qəbul etdi

Ermənistanın Azərbaycanla sərhəddə sülhə risk yaradan təlimi

İş üçün Rusiyaya gedənlərin nəzərinə: Qaydalar dəyişir

Zelenski Ankarada Azərbaycana təşəkkür etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla