Yuxarı

Azərbaycanda Sİ məktəblərdə tədris olunacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda Sİ məktəblərdə tədris olunacaq?

Süni intellekt yaxın illərdə Azərbaycanın təhsil proqramlarının ayrılmaz hissəsinə çevrilə bilər. Bununla belə, hazırkı mərhələdə bu sahənin ayrıca fənn kimi deyil, "Rəqəmsal bacarıqlar" çərçivəsində tədrisi daha məqsədəuyğundur.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi Çində süni intellektin təhsil sisteminə geniş şəkildə inteqrasiyası və bunun Azərbaycanda tətbiqi perspektivlərindən danışarkən deyib.

Ekspert bildirib ki, süni zəka sahəsində dünyanın aparıcı ölkələrindən biri olan Çin bu istiqaməti artıq təhsil sisteminin əsas elementlərindən birinə çevirib və rəqəmsal texnologiyalar üzrə araşdırmaları sürətlə genişləndirir:

"Bu yanaşma gələcəkdə Çinin iqtisadi inkişafına ciddi töhfə verəcək və ölkənin həm təhsil, həm də iqtisadi sahədə qlobal liderliyini daha da möhkəmləndirəcək. Eyni zamanda, bu tendensiyanın digər ölkələrin təhsil siyasətinə də təsir göstərəcəyi gözlənilir.

Hesab edirəm ki, Azərbaycanda hazırda süni intellektin ayrıca fənn kimi tədrisinə ciddi ehtiyac yoxdur. Bu sahə üzrə ilkin biliklər "Rəqəmsal bacarıqlar" fənni çərçivəsində şagirdlərə aşılanmalı, gələcəkdə isə ayrıca fənn və ya müstəqil bölmə kimi proqramlara daxil edilə bilər.

Ölkədə süni intellektin inkişafı ilə bağlı dövlət səviyyəsində mühüm addımlar atılır. Bu istiqamətdə yaradılan ixtisaslaşmış mərkəzlərlə yanaşı, regionlarda da analoji mərkəzlərin fəaliyyətə başlaması, müasir infrastrukturun qurulması və süni intellekt üzrə kadr hazırlığının genişləndirilməsi zəruridir".

Onun sözlərinə görə, müəllim hazırlığı da əsas prioritetlərdən biridir:

"Hazırda süni intellekt üzrə təhsil əsasən magistratura səviyyəsində aparılır. Lakin gələcəkdə bu ixtisasın bakalavr pilləsində də geniş şəkildə tədris edilməsi yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına imkan verəcək".

Elçin Əfəndi hesab edir ki, yaxın 5-10 il ərzində süni intellekt Azərbaycanda məktəb proqramlarının tərkib hissəsinə çevriləcək və böyük ehtimalla, 2030-cu ildən etibarən bu sahə ilə bağlı mövzular ümumi təhsil proqramlarına salınacaq.

Qeyd edək ki, Çin son dövrlərdə süni intellekt təhsilinin genişləndirilməsi istiqamətində mühüm addımlar atır. Ölkədə Sİ mövzuları məktəb proqramlarına inteqrasiya edilir, bəzi regionlarda isə süni intellekt dərslərinin məcburi şəkildə tədrisinə başlanılıb.

Tarix
2026.07.09 / 08:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

NATO-nun Ankara Zirvəsi Bakıya nə qazandırdı? - General

Berdiməhəmmədov azərbaycanlı nazirlə görüşdü

Trampın anonsu təsdiqləndi: Bundan sonra Türkiyə...

Rusiya inanmadı, panikaya düşdü, Bakını suçladı - Video

Solovyov rus elitasını təhqir etdi - Son yaxınlaşır?

Zelenskinin Trampa cavabı gülüş doğurdu - Video

Qalina Mehdiyeva hələ də vergi borcunu ödəməyib

Putinə zəng edəcəm, müharibəni bitirmək istəyir - Tramp

Bu, Türkiyənin gücünü və nüfuzunu bir daha təsdiqlədi

Onları Azərbaycan və Ermənistan kimi barışdıra biləcəyəm

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla