Yuxarı

Zaqatalada 10 gün su olmayacaq: Kəndlər təxliyə edildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaqatalada 10 gün su olmayacaq: Kəndlər təxliyə edildi - Video

Yağan intensiv yağışlar və sel Zaqatala rayonunun bir sıra yaşayış məntəqələrinə ciddi ziyan vurub.

Axar.az xəbər verir ki, Zaqatala Rayon İcra Hakimiyyətindən Oxu.az-a hazırda ən ciddi problemlərdən birinin şəhərin içməli su təminatı ilə bağlı olduğunu bildirilib.

"Sel nəticəsində yaranan fəsadlar səbəbindən Zaqatala şəhərinin bəzi ərazilərinə suyun verilməsi təxminən 10 gün müddətində mümkün olmaya bilər. Eyni zamanda, İkinci Tala kəndində də içməli su təchizatının bərpasının 10-15 gün çəkəcəyi ehtimal edilir.

Ötən gün Vöhtala kəndi ilə əlaqə müvəqqəti olaraq kəsilsə də, əhalinin təhlükəsiz ərazilərə təxliyəsi həyata keçirilib.

Sel suları Vöhtala, Aşağı Çardaxlar, Bəhmədli və Lahıc kəndlərində də ciddi fəsadlar törədib. Meşleş kəndində isə təhlükəsizlik məqsədilə sakinlər təxliyə olunublar.

Hazırda adıçəkilən kəndlərdə elektrik enerjisinin verilişi hələ də bərpa edilməyib. Bundan başqa, Zaqatala şəhərinin "Qaqarin" adlanan ərazisində də dünəndən etibarən qaz və elektrik enerjisinin verilməsində fasilələr yaranıb. 1 saylı poçt binasını sel yuyub.

Həyətlərə su dolduğu üçün toyuq çüçə tələf olub, əkin sahələri, fındıq bağları, mövsümi tərəvəz sahələrinə ziyan dəyib.

Hazırda hava günəşlidir və aidiyyəti qurumların əməkdaşları selin fəsadlarının aradan qaldırılması istiqamətində işləri davam etdirirlər", - deyə məlumatda bildirilir.

Tarix
2026.07.09 / 10:25
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla