Yuxarı

Çinə getmək istəyənlərə şad xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çinə getmək istəyənlərə şad xəbər

Gələn il “China Eastern Airlines” vasitəsilə Çinlə yeni birbaşa hava əlaqəsi istifadəyə veriləcək.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqştşmid Dünya Bankının "Azərbaycan üzrə Ölkə İqtisadi İcmalı – Yaz 2026" hesabatının təqdimatı çərçivəsində keçirilən panel müzakirəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan yeni turizm bazarlarına çıxışı genişləndirmək istiqamətində işləri davam etdirir. Bu məqsədlə iki ay əvvəl Pekində nümayəndəlik açılıb. Gələn ilin may ayından isə “China Eastern Airlines” vasitəsilə Çinlə yeni birbaşa hava əlaqəsi istifadəyə veriləcək. Hazırda digər Çin aviaşirkətləri ilə də danışıqlar aparılır.

Florian Zenqştşmid bildirib ki, 2018-ci ilə qədər Hindistan Azərbaycana turist göndərən bazarlar sırasında demək olar ki, yox idi. Lakin ötən il bu ölkədən Azərbaycana gələn turistlərin sayı 256-260 min nəfərə çatıb.

O qeyd edib ki, geosiyasi gərginlik turizm sektoru üçün əsas risk amillərindən biri olaraq qalır. Çünki siyasi qeyri-sabitlik insanların ölkələr arasında hərəkətinə birbaşa təsir göstərir.

Baş icraçı direktor vurğulayıb ki, Dünya Bankının hesabatında müəyyən edilmiş prioritet istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi və beynəlxalq tərəfdaşların dəstəyi ilə Azərbaycanın turizm sektorunun yaxın illərdə daha sürətli inkişaf edəcəyinə inanır.

Tarix
2026.07.09 / 12:28
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla