Yuxarı

Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial layihəsi üzrə satışa çıxarılan mənzillərdən son aylarda daha 40-ı satılıb.

Axar.az xəbər verir ki, satışı hazırda davam edən, kv.metri bazar qiymətindən xeyli aşağı olmaqla, 435-830 manat aralığında olan mənzillər Bakının Ümid qəsəbəsində, Abşeron və Samux rayonlarında yeni yaşayış komplekslərindədir.

Onların hər biri 3 və 4 otaqlıdır, tam təmirlidir və istifadə olunmayıblar. Çıxarışları olan bu mənzilləri ipoteka krediti ilə də almaq mümkündür.

Mənzillərlə ms.sosial.gov.az portalında tanış ola və seçdiyiniz mənzili portaldakı “Bron et” düyməsini sıxmaqla bron edə bilərsiniz. Bir mənzili 3 şəxs bron edə bilər, ilk bron edən şəxs mənzili almasa, mənzili almaq hüququ bron etmiş digər şəxsə keçir.

Mənzili bron edərək alan şəxs ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında 10 gün müddətində alqı-satqı müqaviləsi bağlanır.

Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda ala bilər.

Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına yönəldilir.

Əlavə məlumat üçün 142-Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

Tarix
2026.07.09 / 13:40
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla