Yuxarı

AZAL 2026-cı ilin ilk yarısını müsbət nəticələrlə başa vurdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL 2026-cı ilin ilk yarısını müsbət nəticələrlə başa vurdu

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları 2026-cı ilin ilk altı ayı ərzində marşrut şəbəkəsinin genişləndirilməsi, donanmanın yeni nəsil hava gəmiləri ilə gücləndirilməsi, rəqəmsal xidmətlərin inkişafı və beynəlxalq tərəfdaşlıqların artırılması istiqamətində fəaliyyətini davam etdirib. Hesabat dövründə aviaşirkət həm əməliyyat göstəricilərini yaxşılaşdırıb, həm də sərnişinlər üçün bir sıra yeni xidmət və həlləri istifadəyə verib.

Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bu müddətdə Azərbaycan Hava Yolları tərəfindən ümumilikdə 1,9 milyon sərnişinə xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5% artım təşkil edir. Beynəlxalq istiqamətlərə səyahət edən sərnişinlərin sayı 4% artaraq 1,6 milyona çatıb. Bundan əlavə, aviaşirkət tərəfindən ümumilikdə 8,462 reys yerinə yetirilib (7% artım göstərərək). Onlardan 6,566-sı beynəlxalq reys olub və beynəlxalq reyslərin sayı da 7% artıb. Həmçinin orta yüklənmə faktoru 79%, punktuallıq göstəricisi isə 81% təşkil edib.

2026-cı ilin ilk yarısında Azərbaycanın milli aviadaşıyıcısı marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm addımlar atıb. Belə ki, aviaşirkət Şımkentə birbaşa uçuşlara başlayıb, Aktöbə, Atırau, Brüssel və Qars istiqamətləri üzrə isə müntəzəm reyslər üçün bilet satışını açaraq sərnişinlər üçün yeni səyahət imkanları yaradıb. Hesabat dövrünün sonuna Azərbaycan Hava Yollarının müntəzəm marşrut şəbəkəsi 52 istiqaməti əhatə edib. Aviaşirkətin genişlənən marşrut şəbəkəsində sərnişinlər ən çox Moskva, İstanbul, Tbilisi, Təl-Əviv və Ankara şəhərlərinə səyahət etməyə üstünlük verib.

Eyni zamanda, donanmaya 3 yeni nəsil “Airbus” təyyarəsi – 2 “Airbus A320neo” və AZAL tarixində ilk “Airbus A321neo əlavə olunub və istismarda olan təyyarələrin ümumi sayı 29-a çatdırılıb.

Bununla yanaşı, ölkədaxili ən intensiv marşrutlardan biri olan Bakı–Naxçıvan–Bakı xətti üzrə 1,868 reys həyata keçirilib və 367,651 sərnişin daşınıb. Hər iki göstərici üzrə ötən ilin eyni dövrü ilə müqayisədə 10% artım qeydə alınıb. Ən yüksək əməliyyat yükü qeydə alınan gündə isə bu marşrut üzrə 25 reys icra olunub.

Cari ilin ilk 6 ayı ərzində Azərbaycan Hava Yolları sərnişin təcrübəsinin təkmilləşdirilməsi və rəqəmsal xidmətlərin genişləndirilməsi istiqamətində də bir sıra yenilikləri istifadəyə verib. Aviaşirkət onlayn əlavə baqaj xidmətinin 32 kiloqramadək genişləndirilməsini təmin edib, onlayn bilet alışı zamanı “Stopover” xidmətinin əlavə edilməsi imkanını yaradıb, “Rental Car” xidmətini istifadəyə verib. Eyni zamanda, Çin sərnişinləri üçün “Alipay” və “WeChat Pay”, Özbəkistan vətəndaşları üçün isə “HUMO” və “UZCARD” ödəniş sistemləri ilə inteqrasiya həyata keçirilib. Bundan əlavə, Bakcell ilə əməkdaşlıq çərçivəsində aviaşirkətin sərnişinləri üçün xüsusi rouminq paketləri təqdim olunub.

Ötən dövr ərzində aviaşirkət uçuşların təhlükəsizliyini əsas prioritet kimi qoruyaraq əməliyyat fəaliyyətinin davamlılığını təmin edib.

Tarix
2026.07.09 / 15:41
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla