Yuxarı

Gürcüstanı Azərbaycanla birləşdirən yeni yol çəkiləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanı Azərbaycanla birləşdirən yeni yol çəkiləcək

Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti ölkəni Azərbaycan və Ermənistanla birləşdirən avtomagistralların yeni dördzolaqlı yollarla əvəzlənməsi üzrə beynəlxalq tender elan edib.

Axar.az APA-ya istinadla xəbər verir ki, ümumi dəyəri 250 milyon avro təşkil edən layihə Avropa İnvestisiya Bankının krediti hesabına maliyyələşdiriləcək.

Yeni avtomagistrallar Rustavi şəhərində başlayacaq, Qırmızı körpü və Sadaxlı istiqamətlərində inşa olunacaq. Layihə üzrə elan edilmiş tenderlə ümumi uzunluğu 61,3 kilometr olan dördzolaqlı yolların tikintisi nəzərdə tutulur.

Hazırda Gürcüstanı Azərbaycan və Ermənistanla birləşdirən avtomagistrallar ikizolaqlıdır və əsasən sıx məskunlaşmanın olduğu ərazilərdən keçir. Yeni yolların ötürücülük qabiliyyəti yüksək olacaq və sıx məskunlaşmış ərazilərdən yan ötəcək.

Şirkətlərin lotlar üzrə tender təklifləri bu ilin avqustun 14-dək qəbul ediləcək.

Tarix
2026.07.09 / 17:08
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla