Yuxarı

Sabunçuda 7 hektar ərazi yandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabunçuda 7 hektar ərazi yandı

14:36

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, R.Rüstəmov küçəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Axar.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Bakı şəhəri, Sabunçu rayonu, R.Rüstəmov küçəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN-dən Axar.az-a bildirilib ki, yanğın nəticəsində 7 hektar sahədə quru ot və kol-kos yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğının söndürülməsi tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 5 ədəd texnikası və 26 nəfərdən ibarət şəxsi heyəti cəlb edilib.

Tarix
2026.07.19 / 18:08
Müəllif
Axar.az
Digər xəbərlər

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla