Yuxarı

Lukaşenko azərbaycanlı sənətçini təltif etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lukaşenko azərbaycanlı sənətçini təltif etdi

“Vitebsk” Beynəlxalq estrada mahnı müsabiqəsinin iştirakçısı olan azərbaycanlı sənətçi Nəfisə Akiyeva Belarus prezidentinin “Slavyan ümidi” xüsusi mükafatına layiq görülüb. Mükafatı Baş nazirin müavini, “Vitebskdə Slavyan Bazarı” festivalının hazırlanması və keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri Nataliya Petkeviç təqdim edib.

Axar.az “Belta”ya istinadla xəbər verir ki, Baş nazirin müavini tədbir boyunca Yay Amfiteatrının səhnəsindən çoxlu xoş sözlər söyləndiyini qeyd edib.

“35 il əvvəl bu festivalı qoruyub saxladığına, dirçəltdiyinə və hazırda çox yüksək səviyyəyə qaldırdığına görə Prezident Aleksandr Lukaşenkoya dərin minnətdarlığımı bildirirəm. Milyonlarla tamaşaçıya möhtəşəm bayram əhvali-ruhiyyəsi bəxş etdiyinizə, bu səhnəni gənc estrada müğənniləri üçün pərvazlanma məkanına çevirdiyinizə görə minnətdaram. Çoxlu incəsənət növlərini özündə birləşdirən bu festivalın məhz Şaqal, Pen kimi dahi şəxsiyyətlərin Vətənində keçirilməsi heç də təsadüfi deyil. Arzu edirəm ki, festivalımızın hələ çoxlu yubileyləri olsun və 35 ildən sonra da eyni heyətlə burada yenidən görüşək”, - o bildirib.

Tarix
2026.07.20 / 20:03
Müəllif
Axar.az
Digər xəbərlər

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla