Yuxarı

AZAL bu il 4-cü təyyarəsini aldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL bu il 4-cü təyyarəsini aldı - Video

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti “Airbus A320neo” təyyarəsini əlavə edib. Bu, aviaşirkətin cari ildə təyyarə parkına əlavə etdiyi dördüncü hava gəmisidir. Yeni təyyarənin donanmaya əlavə olunması ilə Azərbaycan Hava Yollarının istismarda olan hava gəmilərinin ümumi sayı 30-a çatıb.

Axar.az xəbər verir ki, “Airbus A320neo” təyyarəsinin istismara verilməsi Azərbaycan Hava Yollarının donanmanın yeni nəsil təyyarələrlə yenilənməsi istiqamətində həyata keçirdiyi proqramın növbəti addımıdır. Bu yanaşma aviaşirkətə əməliyyat çevikliyini artırmaq, artan sərnişin tələbatını daha səmərəli qarşılamaq və marşrut şəbəkəsini inkişaf etdirmək prioritetlərini dəstəkləyir.

“Airspace” kabini, geniş əl yükü bölmələri, yüksəksürətli “Wi-Fi”, biznes sinfində fərdi monitorlar və yeni nəsil mühərriklər sayəsində təyyarə daha yüksək sərnişin komfortu ilə yanaşı, daha aşağı yanacaq sərfiyyatı və karbon emissiyası təmin edir.

Qeyd edək ki, cari ilin ilk yarısında Azərbaycan Hava Yolları donanmasını iki “Airbus A320neo” və bir “Airbus A321neo” təyyarəsi ilə genişləndirib. 2026-cı ilin sonuna kimi Azərbaycanın milli aviadaşıyıcısı təyyarə parkına rekord sayda yeni hava gəmisinin daxil olmasını planlaşdırır. Bu proqram çərçivəsində aviaşirkət mərhələli şəkildə yeni nəsil “Airbus” təyyarələrini istismara qəbul edir və 2032-ci ilədək donanmadakı təyyarələrin sayını 50-yə çatdırmağı hədəfləyir.

Təyyarənin təqdimat videosunu aşağıdakı linkə keçid edərək izləyə bilərsiniz:

Tarix
2026.07.21 / 11:57
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla