Yuxarı

Bu brendləri birləşdirən loyallıq sistemi "ABB mobile"da

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu brendləri birləşdirən loyallıq sistemi "ABB mobile"da

ABB tərəfdaşları ilə birgə Beyond Bankinqə doğru daha bir mühüm addım atıb. Bank “Best Brands” marka qrupunun loyallıq sistemini – “Best Brands Loyallıq Platforması”nı ABB mobile tətbiqinə gətirib. Bu yeniliklə gündəlik alış-verişlər indi müştərilər üçün daha da sərfəlidir. Yeni platforma müştərilərə alış-veriş zamanı bonuslar qazanmaq və topladıqları bonusları seçilmiş partnyor brendlərdə istifadə etmək imkanı yaradır.

“Best Brands Loyallıq Platforması” “LC Waikiki”, “Koton”, “Decathlon”, “Penti” “Funland” Uşaq Əyləncə Mərkəzi kimi məşhur brendləri özündə birləşdirir. Müştərilər ABB kartı ilə ABB POS terminallarında ödəniş etdikdə bonuslar avtomatik hesablanır və loyallıq platformasında əks olunur.

Platforma vasitəsilə müştərilər bonus balansını, alış-veriş tarixçəsini və ekstra bonus qazandıran brendləri rahat şəkildə izləyə bilirlər. Toplanan bonuslardan seçilmiş partnyor brendlərdə alış-veriş zamanı istifadə etmək mümkündür.

Yeni loyallıq imkanı müştərilərə əlavə kart və ya fiziki loyallıq kartı daşımağa ehtiyac yaratmadan daha sadə və rahat təcrübə təqdim edir. ABB kartı ilə ödəniş zamanı bonusların avtomatik toplanması prosesi daha sürətli və istifadəçi üçün daha əlçatandır.

Hazırda “Best Brands Loyallıq Platforması”na daxil olan partnyor brendlər üzrə bonus imkanları belədir: “LC Waikiki” 3%, “Koton” 5%, “Decathlon” 5%, “Penti” 5%, “Funland” Uşaq Əyləncə Mərkəzi 10%.

“Best Brands Loyallıq Platforması” müştərilərin gündəlik alış-verişlərini daha faydalı etməklə yanaşı, ABB mobile və ABB kartlarından istifadəyə əlavə üstünlük qazandırır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Tarix
2026.07.21 / 14:08
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla