Yuxarı

“Media Kuboku-2026" minifutbol turniri başa çatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Media Kuboku-2026" minifutbol turniri başa çatdı

Azərbaycan Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında minifutbol turniri təşkil olunub. Turnir "Avrora Qrup"un baş sponsorluğu, Yurd.Media və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində keçirilib.

İki gün davam edən yarışda paytaxt və regionlarda fəaliyyət göstərən media qurumlarının nümayəndələri iştirak ediblər. Komandalar Azərbaycan milli mətbuatının tarixində mühüm yer tutan "Əkinçi", "Ziya", "Həyat" və "Tərəqqi" nəşrlərinin adlarını daşıyıblar.

Turnirin 3-cü yer uğrunda görüşündə televiziya əməkdaşlarından ibarət "Həyat" komandası informasiya agentliklərinin jurnalistlərindən formalaşan "Ziya" kollektivi ilə qarşılaşıb. Görüş "Həyat" komandasının 7:1 hesablı qələbəsi ilə başa çatıb.

Final oyununda isə idman jurnalistlərindən ibarət "Tərəqqi" komandası ictimai-siyasi media nümayəndələrindən formalaşan "Əkinçi" komandası ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Tərəqqi" komandası 2:0 hesabı ilə qalib gələrək çempion olub.

Turnirin sonunda keçirilən mükafatlandırma mərasimində "Tərəqqi", "Əkinçi" və "Həyat" komandaları müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif olunublar. Bütün iştirakçılara fəxri fərmanlar təqdim edilib. Turnirin ən yaxşı qapıçısı "Ziya" komandasının üzvü Samir Güləliyev, ən yaxşı oyunçusu isə "Tərəqqi"nin kapitanı Murad Şirinov seçilərək xüsusi mükafatla təltif olunublar.

Mərasim zamanı şəhid ailələrinin üzvlərinə fəxri fərmanlar və baş sponsor "Avrora Qrup"un hədiyyələri təqdim edilib. Eyni zamanda, turnirə ardıcıl beş ildir göstərdiyi dəstəyə görə "Avrora Qrup"a "Etibarlı Tərəfdaş" plaketi verilib.

Tarix
2026.07.22 / 15:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla