Yuxarı

“AzerGold”da işə qəbulla bağlı növbəti test imtahanı keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“AzerGold”da işə qəbulla bağlı növbəti test imtahanı keçirildi

“AzerGold” QSC tərəfindən Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) işə qəbul prosesi çərçivəsində növbəti kütləvi test imtahanı keçirilib.

Müxtəlif vəzifə və peşələr üzrə elan edilmiş vakant yerlərə müraciət edən namizədlərin tam elektronlaşdırılmış sistem vasitəsilə şəffaf və obyektiv qiymətləndirilməsi məqsədilə təşkil olunan imtahanda Daşkəsən, Göygöl və ətraf rayonlardan ümumilikdə 168 nəfər iştirak edib. Test mərhələsində namizədlərin ümumi dünyagörüşü, sadə məntiqi düşünmə bacarıqları, eləcə də müraciət etdikləri vəzifələr üzrə peşə bilikləri qiymətləndirilib.

Test imtahanını uğurla başa vuran namizədlər növbəti mərhələ – “AzerGold” QSC-nin İşə qəbul komissiyası tərəfindən keçiriləcək müsahibədə iştirak hüququ qazanacaqlar. Müsahibənin nəticələri və Komissiya üzvlərinin rəyləri əsasında aktiv vakansiyalar üzrə uyğun namizədlərin yekun seçimi həyata keçiriləcək.

Xatırladaq ki, “AzerGold” QSC-də işə qəbul üzrə müraciətlər yalnız rəsmi internet səhifəsi vasitəsilə qəbul edilir. Namizədlər mövcud vakant vəzifələr barədə məlumatı "Karyera" bölməsinin "Vakansiyalar" altbölməsindən əldə edə, şəxsi kabinet yaradaraq elektron qaydada müraciət edə bilərlər.

Qeyd edək ki, hazırda “AzerGold” QSC və onun törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-də ümumilikdə 1 397 nəfər əməkdaş çalışır. Şirkətin hasilat və istehsalat sahələrində çalışan işçilərin 80 faizini Daşkəsən və ətraf rayonların sakinləri təşkil edir. Bununla yanaşı, “AzerGold” QSC və onun törəmə şirkətlərinin əməkdaşlıq etdiyi uzunmüddətli podratçı şirkətlər vasitəsilə işlə təmin olunan vətəndaşların sayı 2 590 nəfərə çatır.

Tarix
2026.07.22 / 16:12
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla