Yuxarı

Həsən bəy Zərdabi adına Media Mükafatı onlara verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həsən bəy Zərdabi adına Media Mükafatı onlara verildi

22 iyul – Milli Mətbuat Günü və Azərbaycan milli mətbuatının 151 illiyi münasibətilə Azərbaycan Jurnalistlər Birliyində (AJB) Həsən bəy Zərdabi adına Media Mükafatının təqdimat mərasimi keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, tanınmış media rəhbərləri, jurnalistlər, ictimai xadimlər və media ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AJB sədri Elçin Şıxlı Azərbaycan milli mətbuatının 151 illik şərəfli inkişaf yolundan, Həsən bəy Zərdabinin Azərbaycan jurnalistikasının formalaşması və maarifçilik ənənələrinin əsasının qoyulmasındakı misilsiz xidmətlərindən bəhs edib. O bildirib ki, Həsən bəy Zərdabi adına Media Mükafatı milli jurnalistikanın inkişafına, söz və fikir azadlığının möhkəmlənməsinə, peşəkar jurnalistika prinsiplərinin qorunmasına töhfə verən media nümayəndələrinin əməyinə verilən yüksək qiymətin ifadəsidir.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid isə milli mətbuatın cəmiyyətin inkişafındakı rolundan, peşə etikası prinsiplərinin qorunmasının vacibliyindən və jurnalist həmrəyliyinin əhəmiyyətindən danışıb. O, Həsən bəy Zərdabi adına Media Mükafatının media cameəsində peşəkarlığın təşviqinə mühüm töhfə verdiyini vurğulayıb.

2026-cı il üzrə Həsən bəy Zərdabi adına Media Mükafatının laureatlarının siyahısını təqdim edirik:

* Alqış Həsənoğlu – peşəkar jurnalistika prinsiplərinin qorunmasına və uzunillik redaktorluq fəaliyyətinə görə;

* Anar Niftəliyev – peşəkar, operativ və müstəqil xəbər jurnalistikasının inkişafına verdiyi töhfələrə görə;

* Aydın Tağıyev – vətənpərvərlik və azərbaycançılıq ideyalarının təbliğinə verdiyi töhfələrə görə;

* Elçin Zahiroğlu – səhiyyə və sosial mövzularda hazırladığı araşdırma yazılarına, eləcə də uğurlu media rəhbərliyi fəaliyyətinə görə;

* Əkbər Qoşalı – Türk dünyasının milli-mənəvi dəyərlərinin və Turan düşüncəsinin təbliğinə verdiyi töhfələrə görə;

* Günel Habilqızı – AzTV-də “GünEllə səyahət” və “Orda bir kənd var” layihələri vasitəsilə kənd həyatının özünəməxsus dəyərlərinin və milli-mədəni irsin tanıdılmasına verdiyi töhfələrə görə;

* Hüseynbala Səlimov – analitik jurnalistika və siyasi publisistika sahəsində uzunillik səmərəli fəaliyyətinə görə;

* Xanım Xatun – regional televiziya jurnalistikasına və milli-mənəvi dəyərlərin təbliğinə verdiyi töhfələrə görə;

* İlham Tumas – araşdırma jurnalistikası və müəllif televiziya layihələrinin inkişafına verdiyi töhfələrə görə;

* İqbal Məmmədəliyev – regional televiziya jurnalistikası, televiziya istehsalı və sənədli film sahəsindəki fəaliyyətinə görə;

* Murat Akkoç – Qarabağ həqiqətlərinin və Azərbaycanın milli maraqlarının beynəlxalq auditoriyaya çatdırılması istiqamətində fəaliyyətinə görə;

* Mübariz Yunus – “Füyuzat” dərgisinin inkişafına və maarifçi publisistikanın zənginləşdirilməsinə verdiyi töhfələrə görə;

* Nicat Abdullayev – media ilə açıq və şəffaf münasibətlərin qurulmasına, eləcə də ictimaiyyətlə əlaqələr sahəsində innovativ fəaliyyətinə görə;

* Oktay Hacımusalı – analitik publisistikanın və Türk dünyası mediası arasında əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə;

* Zərnişan Turan – “Turan” proqramları vasitəsilə Türk dünyasının ortaq irsinin təbliğinə görə.

Həmçinin İki nəfər - Sənubər Səhər və Səfurə Çərkəz qızı fəxri diplomla təltif olunub.

Tədbirin sonunda laureatlara Həsən bəy Zərdabi adına Media Mükafatının diplomları və xatirə nişanları təqdim olunub, xatirə şəkli çəkdirilib.

Tarix
2026.07.22 / 16:44
Müəllif
Axar.az
Digər xəbərlər

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər

Göstəriş verildi, 217 avtobus alınacaq - Əliyev

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

İlham Əliyev Naxçıvanda sosial evlərin təməlini qoydu

Naxçıvana Ermənistandan elektrik xətləri çəkiləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla